AGBank daha sürətli və keyfiyyətli xidmət göstərəcək
Azərbaycanın aparıcı banklarından biri olan AGBank ASC müştəri məmnuniyyətini artırmaq, aparılan əməliyyatların effektivliyini yüksəltmək məqsədilə mövcud əməliyyat sistemində təkmilləşdirmə işlərini yekunlaşdırıb. Belə ki, bankda mövcud T24 bank sisteminin daha təkmil modelinin tətbiqinə start verilib. Bu barədə “Marja”ya Bankdan bildirilib.
AGBank ASC-də elektron infrastrukturun strateji inkişafı çərçivəsində mövcud T24 sistemində təkmilləşdirmə aparılıb.
Bu yenilik sayəsində AGBank müştəriləri daha qısa müddət ərzində daha yüksək keyfiyyətli xidmət əldə edəcəklər. Sistemin yenilənmiş variantı əməliyyatların aparılması vaxtını qısaldır, onların müxtəlifliyini artırır. Təkmilləşdirmə sayəsində sistemdə riskləri minimallaşdırmaq, hesabatları və xərcləri optimallaşdırılmaq mümkün olacaq.
Artıq bankın bütün şöbə və filiallarında T24 sisteminin təkmil variantı tətbiq edilir. Bu sistemdən kredit və depozitlər, hesab üzrə əməliyyatlar və ödənişlər, kassa xidməti, maliyyələşmə ilə bağlı əməliyyatların hamısında istifadə olunur. T24 modeli əməliyyatların fasiləsiz olaraq - həftənin 7 günü, sutkanın 24 saatı aparılmasına şərait yaradır. Sistem əməliyyat risklərini azaltmağa, informasiya texnologiyalarının inkişafı və dəstəklərməsinə lazım olan xərcləri azaltmağa imkan verir.
T24 Model- avtomatlaşdırılmış bank sisteminin proqram təminatıdır. Bu sistem Temenos şirkətinin ən yaxşı praktik təminatlarından biri sayılır. Dünyanın 150-yə yaxın ölkəsində 1000-dən çox maliyyə qurumunda uğurla tətbiq olunur. Bu proqram fərdi və korporativ biznesin, o cümlədən irimiqyaslı özəl kapitalın idarəolunmasında, mikromaliyyələşdirmədə, universal banklar və İslam banklarında işlədilir. Qeyd etmək istərdik ki, AGBank ASC 2011-ci ilin Mart ayından T24 sistemini istifadə edir.
"Dünyanın aparıcı bankları bazarın tələbatına uyğun hazırlanmış innovasiya məhsul və xidmətləri uğurla reallaşdırmaq üçün T24 sistemindən istifadə edirlər. Mövcud maliyyə bazarında məhz AGBank ASC-nin T24 sistemini təkmilləşdirməsi bankın müştərilərin istəklərini maksimum effektiv dərəcədə ödəmək niyyətində olduğunun göstəricisidir",- Bankın məlumatında deyilir.
1992-ci ildə fəaliyyətə başlayan və Azərbaycanın 10 aparıcı banklarının siyahısına daxil olan AGBank, bu il özünün 25-ci yubiley ilinə qədəm qoyub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub























.jpg)


