"Naxçıvanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Naxçıvanbank" ASC 2022-ci ili 13 milyon 54 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 6 milyon 300 min manat xalis mənfəət ilə bağlamışdı. "Naxçıvanbank"ın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 6 milyon 754 min manat və ya 2,1 dəfə artıb. Xalis mənfəətin artması gəlirlərin artması və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyata ayrılan vəsaitin 5 dəfədən çox azalması ilə əlaqədardır.
Marja.az xəbər verir ki, 2022-ci ildə "Naxçıvanbank"ın əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 27 milyon 100 min manat, əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 9 milyon 974 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 17 milyon 126 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 633 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb, 3 milyon 439 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə "Naxçıvanbank"ın əməliyyat gəlirləri 18 milyon 406 min manat, əməliyyat xərcləri 6 milyon 924 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 11 milyon 482 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 3 milyon 439 min aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmış və 1 milyon 742 min manat mənfəət vergisi ödəmişdi.
Ötən il "Naxçıvanbank"ın əməliyyat gəlirləri 8 milyon 694 min manat, əməliyyat xərcləri isə 3 milyon 50 min manat artıb.
"Naxçıvanbank"ın əməliyyat mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 5 milyon 644 min manat və ya 49% artıb.
31 dekabr 2022-ci il tarixində "Naxçıvanbank" ASC 346 milyon 462 min manat cəmi aktivlərə malik olub ki, bu da 2021-ci ilin sonu ilə müqayisədə 2 milyon 705 min manat və ya 0.8% çoxdur. Bank 2021-ci ilin sonunda 343 milyon 757 min mnaat cəmi aktivlərə malik idi.
31 dekabr 2022-ci il tarixində "Naxçıvanbank" 173 milyon 622 min manat kredit portfelinə malik olub ki, bu da 2021-ci ilin sonu ilə müqayisədə 32 milyon 722 min manat və ya 23,2% çoxdur.
31 dekabr 2022-ci il tarixində "Naxçıvanbank" 155 milyon 416 min manat depozit portfelinə malik olub ki, bu da 2021-ci ilin sonu ilə müqayisədə 24 milyon 932 min manat və ya 13,8% azdır.
31 Dekabr 2022-ci il tarixində "Naxçıvanbank"ın məcmu kapitalı 102 milyon 565 min manata çatıb. 2021-ci ilin sonunda Bankın məcmu kapitalı 91 milyon 683 min manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
- 39 d. əvvəl
- 43 d. əvvəl
- 49 d. əvvəl
-
55 d. əvvəl
İlk 4 ayda Azərbaycanın qeyri neft-qaz sektoru 0,7 faiz artıb
-
58 d. əvvəl
SOCAR-ın prezidenti TPAO şirkətinin nümayəndə heyəti ilə görüşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın aparıcı toyuq əti istehsalçısı yenidən təşkil olunur
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Prezident İlham Əliyev Qazaxıstanda səfərdədir
“Unibank” yeni iri həcmli maliyyə vəsaiti cəlb edib
SOCAR-ın prezidenti TPAO şirkətinin nümayəndə heyəti ilə görüşüb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 29 GÜN
Ən çox oxunanlar
Azərbaycanın aparıcı toyuq əti istehsalçısı yenidən təşkil olunur
AZAL bu gündən Dubay istiqamətində uçuşları bərpa edir
"Norm" şirkəti WUF13 ilə bağlı tədbirdə yer alıb
ABB Invest 2025-ci il üzrə müsbət artım dinamikasını qoruyub saxladı
Azərbaycan neftinin son qiyməti
Trampın "Çin ABŞ neftini almağa razılaşıb" açıqlamasından sonra neft daha da bahalaşıb
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Rəsmi məzənnələr açıqlandı






.jpg)







.jpg)





