Bu işə hobbi kimi başlasa da, indi satışından yaxşı qazanc əldə edir
Eynulla Cəlalov boş vaxtlarında həyətindəki emalatxanada bambukdan əsasən çarpayı, masa, stul, kreslo, kitab rəfi düzəldir və satır.Lənkəran rayonunun Talışlı kənd sakini Eynulla Cəlalovun maraqlı hobbisi var. O, 15 ilə yaxındır ki, bambuk ağacından müxtəlif məişət əşyaları hazırlayır.
Çində “həyat ağacı” adlandırılan bambuk Lənkəran rayonuna ötən əsrin sonlarında gətirilib. Rütubətə, günəşə tələbkar olan bu bitki yağıntılı iqlimə malik cənub bölgəsinə tez uyğunlaşıb.
Eynulla Cəlalov bildirib ki, Lənkəranda əkilən bambuk ağacının hündürlüyü 20 metrə qədər olur, diametri isə yaşına uyğun genişlənir. Bu bitkinin xüsusi becərilmə qaydası var.
Həyətyanı torpaq sahəsində yetişdirilən mindən çox bambuk ağacı bu gün əl işləri hazırlamaqda Eynulla Cəlalov üçün əvəzsiz xammaldır. O, boş vaxtlarında həyətindəki emalatxanada bambukdan əsasən çarpayı, masa, stul, kreslo, kitab rəfi düzəldir. Bu əşyaların hər birinin hazırlanması üçün səbir, dözüm, ən başlıcası isə bacarıq lazımdır.
Bambuk ağacının xüsusiyyətlərindən söz açan usta bildirir ki, bu, çox nəvaziş və qulluq tələb edən bitkidir. Yaxşı qulluq olunan hər bir ağac 6 həftəyə böyüyüb boy atır. İkinci ildən isə inkişaf etməyə başlayaraq, möhkəmlənir. Bambuk ağacları müxtəlif diametrlərdə olur.
Eynulla Cəlalov xammal kimi əsasən üçillik bambuk ağaclarından istifadəyə üstünlük verir. Hazırladığı əşyalara alıcıların marağı böyükdür. Deyir ki, bu işə hobbi kimi başlasa da, indi əl işlərinin satışından yaxşı qazanc əldə edir.
Qeyd edək ki, Eynulla Cəlalov mədəniyyət işçisidir. Düzəltdiyi məişət əşyaları dəfələrlə rayonda keçirilən sənətkarlıq sərgilərində nümayiş etdirilib. O, bu işlərə görə fəxri fərmanlara, “Ustad sənətkar” diplomuna da layiq görülüb.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 gün sonra
- 3 gün sonra
-
2 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 gün sonra
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
-
5 saat əvvəl
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
- 5 saat əvvəl
-
6 saat əvvəl
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Rəsmi Bakı: "Rus Evi"nin ləğvi prosesi başa çatıb
Quşçuluq şirkətinin 30 faizlik səhm paketi 102 min manata satılıb
Ən çox oxunanlar
"Ermənistanla sülh sazişinin imzalanması üçün TRIPP üzrə öhdəliklərin tam icrası mütləqdir"
Çindən elektrikli avtomobillərə enerji limiti
“AtaSığorta”ya satışları dayandırmaq barədə göstəriş verilib
Siqaret qaçaqmalçılığında ittiham edilən Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
60%-dək endirimlər, hər 500 AZN-lik alış-verişə xüsusi şans!
AZAL-dan Gürcüstana səfər edənlərə tövsiyə - Bu sənəd tələb olunacaq
“AZINCLOUD” ilə öz bulud infrastrukturunu yarat!
"Şahdağ Turizm Xizək Mərkəzində 1-2 ilə trasların uzunluğu təqribən 55 kilometr olacaq"

















