FED rəsmiləri: Faizin artırılması davam edəcək
FED, ABŞ-da inflyasiya məlumatlarına əsaslanaraq faiz qərarını verəcək.ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) iki rəsmisi bazar ertəsi öz açıqlamalarında faizlərin 5 faizdən yuxarı qaldırılmalı və daha sonra bir müddət eyni səviyyədə saxlanmasının lazım ola biləcəyini söyləyiblər.
Marja.az xəbər verir ki, FED-in Atlanta şöbəsinin sədri Raphael Bostic, FED-in inflyasiyanı azaltmaqda qərarlı olduğunu və bunun iqtisadiyyatdakı izafi tələbi aradan qaldırmaq üçün faiz dərəcələrini 5,25 faizə yüksəltməyi tələb edəcəyini deyib.
Dekabrda 50 baza bəndi artımından sonra FED-in faiz dərəcəsi 4,25%-4,50% intervalındadır.
Gələn cümə axşamı açıqlanacaq ABŞ-da dekabr ayı istehlak inflyasiyası məlumatlarına işarə edən Bostic, əgər bu məlumatların - əmək haqqı artımlarının yavaşladığını nəzərə alınsa - qiymət təzyiqlərinin "soyuduğuna" işarə edərsə, faizin artırılması sürətinin 25 baza bəndinə endirilməsinin müzakirə oluna biləcəyini deyib.
ABŞ-da istehlak qiymətlərinin dekabr ayında aylıq 0,1 faiz azaldığı və illik 6,5 faiz artdığı təxmin edilir.
WSJ-yə danışan FED-in San Francisco şöbəsinin sədri Mary Daly də faizləri 5 faizin üzərinə qaldıracaqlarını proqnozlaşdırsa da, yekun səviyyə ilə bağlı bir rəqəm deməyib.
Bostic və Daly bu il FED qərarları ilə bağlı səsvermə hüququna malik deyillər.
Digər tərəfdən UBS-in Qlobal Baş İqtisadçısı Arend Kapteyn FED-in iyul ayında faiz endirimlərinə başlayacağını proqnozlaşdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 d. əvvəl
-
- 19 d. əvvəl
- 26 d. əvvəl
- 31 d. əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
20 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
AZAL Bakıdan Dubaya uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
Belqrad və Bakı arasında birbaşa uçuşlar başlayıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir






.jpg)
.jpg)


.jpg)






