"Naxçıvanbank"ın yenilənən xidmətləri - FOTO
Yeni ildən etibarən Naxçıvanbank Mobil tətbiqini və yenilənmiş İnternet Bankçılıq müştərilərin istifadəsinə veriləcəkdir.(®) Ölkənin yeganə regional bankı olan Naxçıvanbank regionda və paytaxt Bakı şəhərində müştərilərinə yüksək keyfiyyətli fərdi və korporativ bank xidməti göstərir.
Müsair dizaynda təmir olunmuş Baş Ofis və filiallarımız müştərilərimizin rahatlığı üçün geniş bank xidmətləri təklif etməkdədir. Həmçinin əsaslı təmir işləri davam edən Naxçıvan və Culfa filiallarımız yeni ildən etibarən müştərilərin istifadəsinə veriləcəkdir. Bununla da demək olar ki, bütün filiallarımız müştərilərə ənənəvi bank xidmətləri göstərmək üçün bütün zəruri imkan və şəraitə malik olacaqdır.
Eyni zamanda xidmət keyfiyyətinin artırılması məqsədilə yeni nəsil (Cash-In və Recycler ATM) bankomat və ödəniş terminalları istifadəyə verilərək müştərilərimizin kommunal, rabitə, büdcə, təhsil haqqı və s. ödənişlərini rahat şəkildə həyata keçirilməsi təmin olunmuşdur. Hazırda 50 ədəd bankomat, 99 ədəd ödəniş terminalları müştərilərin istifadəsindədir.
Yeni ildən etibarən bankın əməliyyat sistemində edilən yeni dəyişiklik sayəsində xidmət keyfiyyəti daha da yüksəldiləcək, həmçinin Mobil tətbiq və yenilənmiş İnternet Bankçılıq müştərilərin istifadəsinə veriləcəkdir.
Geniş bank xidmətləri təklif edən bankımız sərfəli kredit məhsulları da təqdim etməklə, 2022-ci ili yüksək mənfəət və keyfiyyətli kredit portfeli ilə başa vurmuşdur.
Qeyd edək ki, müştərilər məhsul və xidmətlərimizlə bağlı 1185 Çağrı Mərkəzinə zəng etməklə və ya www.naxcivanbank.az saytına daxil olmaqla ətraflı məlumat əldə edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
20 d. əvvəl
Lüks brend BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
24 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 37 d. əvvəl
- 40 d. əvvəl
- 42 d. əvvəl
- 43 d. əvvəl
- 46 d. əvvəl
- 47 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Lüks brend BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib







.jpg)







.jpg)

