Fuad Nəcəfli iddialı danışdı - "Naxçıvanlı olduğum üçün buradakı problemləri dərindən bilirəm"
"Özüm naxçıvanlı olduğum üçün buradakı problemləri dərindən bilirəm".
Bunu Prezidentin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Real TV”yə müsahibəsində deyib.
"Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən, xalqla yaxından işləmək, həmçinin indiyə qədər olan problemləri kökündən həll etmək əsas məqsədlərimizdəndir", - səlahiyyətli nümayəndə vurğulayıb.
O xatırladıb ki, Naxçıvanın blokadası başlayan ilk illərdə vəziyyət olduqca çətin idi:
"Lakin sonradan ölkə rəhbərliyinin - ulu öndər Heydər Əliyevin gördüyü tədbirlər nəticəsində Naxçıvan qismən də olsa, blokadanı yara bilib. Nəqliyyat məsələlərində problem yaşansa da, Naxçıvanda qazlaşdırılma aparılıb, əhali elektrik enerjisi ilə tam təmin olunub.
Prezident İlham Əliyevlə görüşdə onun Zəngəzur dəhlizinin açılması ilə bağlı qətiyyətini hiss etdim".
Zəngəzur dəhlizinin həm lokal, həm regional, həm də kontinental şəkildə xidmət göstərəcəyini deyən rəsmi bildirib ki, bu, Naxçıvanın tamamilə blokadadan çıxarılması deməkdir.
XXX
“Naxçıvan Ali Məclisində qəbul edilmiş qanun aktlarında nöqsanlar var”
Fuad Nəcəfli deyib ki, "Naxçıvan Ali Məclisi öz yerində qalır. Orada müzakirələr aparılacaq, qanunvercilik aktları qəbul ediləcək. Təəssüf ki, Naxçıvan Muxtar Respublikasında (Ali Məclisdə - red.) qəbul edilmiş qanun aktları ilə bağlı bir sıra nöqsanlar var”.
Onun sözlərinə görə, həmin nöqsanlar nəticəsində qanun aktlarının yerlərdə işləmə mexanizmi düzgün tənzimlənmir:
“Bu məsələlərə isə Naxçıvan Ali Məclisi baxacaq, çünki onlar Nümayəndəlik ofisinin səlahiyyətində olan məsələlər deyil”.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)













.jpg)


