Ekspert Avropada qazın qiymətinin nə vaxt əhəmiyyətli dərəcədə düşəcəyini proqnozlaşdırıb
Ekspert Timonin: Avropada qazın birja qiymətləri 2024-2025-ci illərdən sonra əhəmiyyətli dərəcədə azala bilər.“Avropada qazın birja qiymətləri 2024-2025-ci illərdən sonra dünyada mayeləşdirilmiş təbii qazın (LNG) istehsal gücü artdıqca azala bilər.
Marja xəbər verir ki, bunu “Vygon Consulting” şirkətinin məsləhətçisi İvan Timonin şərhində bildirib.
Avropada qazın birja qiymətləri 2021-ci ilin yazında min kubmetr üçün 250-300 dollar diapazonunda dəyişib, yayın sonunda bu rəqəm 600 dolları keçib, payızda isə artıq 1000 dollar olub. Qiymətlərin kəskin artması 2022-ci ildə də davam edib. Martın əvvəlində Rusiyanın enerji resurslarının idxalına qadağa qoyacağı qorxusuna görə, qazın min kubmetrinin qiyməti 3892 dollarla rekord həddə çatdı.
Sonra qiymətlər azaldı və aprel-may aylarında 1000-1100 dollar civarında sabit qaldı, lakin iyun ayında yenidən artmağa başladı və avqustda qaz fyuçerslərinin orta qiyməti min kubmetr üçün 2450 dollara çatdı. Noyabrın ilk günlərində qiymətlər 1400 dollar təşkil edib, bu da uzunmüddətli müşahidələr üzrə orta göstəricidən bir neçə dəfə yüksəkdir.
"Kotirovkaların əhəmiyyətli dərəcədə düşməsini dünyada LNG istehsal gücünün artırılmasından sonra - 2024-2025-ci illərdən sonra gözləmək olar", - Timonin bildirib.
O əlavə edib ki, dünya bazarında maye qazın mövcud həcmləri bütün oyunçuların tələbatını ödəmək üçün kifayət etmir, nəticədə ən böyük idxalçı regionlar, Avropa və Asiya tədarük üçün öz aralarında rəqabət aparmağa məcbur olur və bu da qiymətləri artırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)











.jpg)


