“ASK Tekstil”in ərazisində yeni müəssisə inşa edilə bilər
"“ASK Tekstil” MMC-nin əsas vəsaitlərinin balans dəyəri 1 milyon 608 min manat təşkil edir".
Bu barədə “ASK Tekstil” MMC-yə təşkil olunan mediatur zamanı bildirilib.
"Müəssisə 6,4 hektar sahədə yerləşir. Müəssisədə istehsal binaların və tikililərin ümumi sahəsi 12,5 min kv m, ümumi faydalı sahəsi 30 min kv.m təşkil edir. Burada 3,5 hektar sərbəst torpaq sahəsi var ki, “ASK Tekstil”i özəlləşdirən investor burada hər hansı müəssisənin tikintisini də apara bilər", - MMC-dən bildirilib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Elnur Nəsirov deyib ki, əsas məqsəd 2017-2018-ci illərdə fəaliyyətini dayandıran “ASK Tekstil” MMC-nin işini bərpa etmək, respublikanın iqtisadi dövriyyəsinə qaytarmaq, yeni iş yerlərinin açmaqdır.
Hazırdoa müəssisədə təxminən 300 nəfər işləyir. “Müəssisəinin tam işlək fəaliyyəti zamanı burada üç növbə şəklində 800-850 nəfər çalışıb", - E. Nəsirov bildirib.
Onun sözlərinə görə, hazırda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəssisənin özəlləşdirməyə hazırlanması istiqamətində işlərə başlanılıb.
“Müəssisənin tam bərpa olunması üçün lazım olan sərmayə investorun burada görəcəyi işlərdən asılıdır. Avadanlıqların hamısı işlək vəziyyətdədir, sadəcə bir neçə il dayandığı üçün yüngül sazlama işlərinə ehtiyac var”, - E. Nəsirov qeyd edib.
Telegramda Marja.az səhifəsinə abunə olun
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
11 d. əvvəl
"Bəzən betonun markası layihədə göstərilənlərə uyğun gəlmir. Belə halda tikinti dayandırılır"
- 27 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
- 14 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq imkanı: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
CFI Financial Group-dan rekord nəticə - İlk rübdə 2,3 trilyon dollarlıq ticarət dövriyyəsi
Malların gömrük dəyəri milli valyuta ilə bəyan ediləcək
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb














.jpg)




