Kapital Bank 9 nüfuzlu mükafata layiq görülüb
(®) Hər zaman maraqlı layihələr təqdim edərək, ölkənin reklam və marketinq sektoruna töhfə verən Kapital Bank “Felis Mükafatları”nda müxtəlif kateqoriyalar üzrə 9 mükafata layiq görülüb.
Təqdimat mərasimi 11 noyabr 2022-ci il tarixində İstanbul şəhərində keçirilən ənənəvi “Brand Week” tədbirində baş tutub.
“Hər şey mümkündür” sosial layihəsi üzrə “Ən yaxşı reklam kampaniyası” və “Ən yaxşı film” nominasiyasında, həmçinin “Birbank-la olar” reklam kampaniyasında “Ən yaxşı musiqi” və “Ən yaxşı 360 reklam kampaniyası” nominasiyasında qızıl mükafata, “Hər şey mümkündür” sosial layihəsi üzrə “Ən yaxşı PR kampaniya”, “Məni işarələmə” layihəsi üzrə isə “Ən yaxşı influnser kampaniyası” nominasiyasında, həmçinin “Yeni Birbank keşbek start kampaniyası” layihəsində “Ən yaxşı visual effekt” və “Ən yaxşı prodakşn işi” nominasiyası üzrə gümüş, həmin layihədə “Ən yaxşı musiqi” nominasiyası üzrə isə bürünc mükafata layiq görülüb.
Ümumilikdə 9 nominasiya üzrə qalib olan Kapital Bank, 4 qızıl, 4 gümüş və 1 bürünc mükafat qazanıb. Qalib gələn reklam işləri “Endorphin”, “FCB Artgroup Baku” və “Maverick” reklam agentlikləri ilə birgə hazırlanıb.
Qeyd edək ki, reklam və marketinq sahəsində effektiv və kreativ işləri mükafatlandıran "Felis Mükafatları" tədbirində bu ildən etibarən artıq Azərbaycan şirkətləri də iştirak edib. 17 ildir ki, Türkiyədə reklam və marketinq sektorunu mükafatlandıran, müraciətlər üzrə rekord qıran "Felis Mükafatları" marketinq və reklam sahəsində olan nüfuzlu tədbirlərdən biri hesab edilir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 113 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur




.jpg)






.jpg)








