Antalyada hər 3 evdən 1-ni əcnəbilər alıb
Türkiyədə xaricilərə satılan evlərin 20 faizini ruslar alır. Ölkədə rusların üstünlük təşkil etdiyi kiçik qəsəbələr yarana bilər.Oktyabr ayında Türkiyədə əcnəbilərin satın aldığı evlərin sayı 5 min 377 olub.
Marja.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, oktybar ayında Antalyada satılan 6 min 323 evdən 2 min 123-ü, İstanbulda satılan 16 min 987 evdən 1658-i xaricilərə satılıb. Beləliklə, oktyabr ayında İstanbulda satılan hər 10 evdən 1-ni, Antalyada isə hər 3 evdən 1-ni əcnəbilər alıb.
Oktyabr ayında Türkiyədə xaricilərə ev satışının cəmi ev satışlarında payı 5,2% təşkil edib.
Xaricilərə ev satışında ilk yeri 2 min 123 satış ilə Antalya tutub. İkinci və üçüncü yerləri müvafiq olaraq 1658 satışla İstanbul və 490 satışla Mersin tutub.
Oktyabr ayında Rusiya vətəndaşları Türkiyədən 2 min 23 ev alıblar. Rusiya vətəndaşlarının ardınca 498 ev alışı ilə İran, 310 ev alışı ilə İraq və 216 ev alışı ilə Ukrayna vətəndaşları gəlir.
2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyədə xaricilərə mənzil satışı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 26,9% artaraq 55 min 21 olub. Evlərin 21 min 252-si İstanbulda, 16 min 779-u isə Antalyada alınıb.
Xaricilərə satılan evlərin 20 faizini ruslar alır
2022-ci ilin 10 ayında xarici investorlara satılan 55 min 21 evin 20,60%-ni rus investorlar alıblar. Xüsusilə müharibədən sonra rusların Türkiyədə mənzil almağa marağı daha da artıb. Ruslar xüsusilə tətil bölgələrindən mənzil almağa üstünlük verirlər. Antalya və Bodrum hazırda onların sevimli bölgələridir. Bu maraq belə davam edərsə, rusların üstünlük təşkil etdiyi kiçik qəsəbələr yarana bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 5 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
10 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir






.jpg)
.jpg)






.jpg)





