Gəncədə ictimai iaşə dövriyyəsi kəskin artıb
2022-ci ilin yanvar-sentyabr aylarında Gəncə şəhərində ictimai iaşə dövriyyəsi və ödənişli xidmətlər haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, Gəncə şəhərində 2022-ci ilin yanvar-sentyabr aylarında ictimai iaşə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 44,8 faiz artaraq 22 milyon 840,2 min manat təşkil etmişdir. Dövriyyənin 22 milyon 779,7 min manatı (99,7 faizi) fiziki şəxslərin hesabına təmin olunmuşdur.
2022-ci ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 7,8 faiz artaraq 307 milyon 145,3 min manat təşkil etmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 67 milyon 705,4 min manatlıq xidmət göstərilmiş və xidmətlərin ümumi dəyərinin 22,0 faizini təşkil etmişdir. Ödənişli xidmətlərin 16,6 faizi dövlət, 83,4 faizi isə qeyri-dövlət mülkiyyətindən ibarət olmuşdur. 2021-ci ilin müvafiq dövrünə nisbətən dövlət mülkiyyətində 41,2 faiz, qeyri-dövlət mülkiyyətində 2,9 faiz artım əldə edilmişdir.
Yanvar-sentyabr aylarında əhalinin hər bir nəfəri orta hesabla ayda cəmi 95,5 manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,0 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)
.jpg)









.jpg)





