ABŞ, 2023-cü ildə dünyada neftə tələbat proqnozunu azaltdı
Birləşmiş Ştatlar 2023-ci ildə dünya neft tələbatı proqnozunu gündəlik 100,98 milyon barelə endirib.ABŞ Energetika Nazirliyi 2022-ci ildə qlobal neft tələbatı üzrə proqnozunu gündəlik 99,82 milyon barelə yüksəldib, lakin 2023-cü il üzrə 100,98 milyon barelə endirib.
Marja xəbər verir ki, bundan əvvəl, oktyabr ayında Energetika Nazirliyi 2022-ci ildə neftə tələbatın gündəlik 99,55 milyon barel olacağını proqnozlaşdırmışdı. Eyni zamanda, 2023-cü ildə tələbatın gündəlik 101,03 milyon barrelə yüksələcəyi gözlənilirdi.
Beləliklə, Energetika Nazirliyi proqnozunu 2022-ci il üçün gündəlik 270 min barel artırıb, 2023-cü il üçün isə 50 min barel azaldıb.
Bakı vaxtı ilə saat 22:40-da Brent nefti 2,2% ucuzlaşma ilə 95,84 dollardan ticarət olunub.
“Qara qızıl”ın qiymətinin düşməsində əsas amil Çinin koronavirus siyasəti ilə bağlı qeyri-müəyyənlikdir. Əvvəllər mediada Çinin koronavirus məhdudiyyətlərini yüngülləşdirə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı, lakin daha sonra Çin rəsmiləri “sıfır COVİS” siyasətinin davam etdirildiyini açıqladılar. Çin neftin ən böyük istehlakçıları və idxalçılarından biridir və ölkənin koronavirusa qarşı sərt siyasəti Çin iqtisadiyyatına və neft tələbi gözləntilərinə mənfi təsir göstərir.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
8 d. əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
-
- 36 d. əvvəl
-
45 d. əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Müasir marketinq: səs-küydən mənaya doğru
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər





















