Ombudsmana şikayəti araşdıran zaman video çəkiliş aparmaq hüququ verilir
İnsan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması və milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi zamanı Müvəkkilin hüquqları artırılır.
Bu, bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Müvəkkil bu zaman texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq hüququna malik olacaq.
Eyni zamanda sənəddə bildirilib ki, müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxarkən informasiya sahiblərindən zəruri məlumatları (sənədləri, materialları) və ya onların surətlərini tələb edə biləcək. Həmin məlumatlar (sənədlər, materiallar) 5 iş günü müddətində Müvəkkilə təqdim edilməlidir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 22 d. əvvəl
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Yerli kibertəhlükəsizlik startapı "Cypho"ya Avropada ciddi maraq var"
-
2 saat əvvəl
“Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu ilə bir qrup şəxs arasında dava-dalaş olub
-
2 saat əvvəl
Takaiçi-dən böyük qələbə - Yaponiya səhmləri rekord həddə yüksəlib
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mark Zukerberq Bezosu keçərək dünyanın ən varlı 4-cü şəxsi olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib
“Unibank”da yığıncaq keçiriləcək
Naxçıvana yeni Baş naziri təyin olundu
Takaiçi-dən böyük qələbə - Yaponiya səhmləri rekord həddə yüksəlib
Azərbaycanda 11-ci Domino’s restoranı açılacaq
Qızılın qiyməti yenidən 5 min dolları keçib
Rəsmi məzənnələr açıqlandı
Mark Zukerberq Bezosu keçərək dünyanın ən varlı 4-cü şəxsi olub
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
“Lombard Türkanə” həbs edildi - 400 minlik ziyan...






















