“Süd vəzisi xərçəngi ilə mübarizə ayı” çərçivəsində növbəti tədbirlər Şirvan şəhərində keçirilib - FOTO-VİDEO
(®) Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Milli Onkologiya Mərkəzi (MOM) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Süd vəzisi xərçəngi ilə mübarizə ayı” çərçivəsində regionlarda həyata keçirilən profilaktik müayinə və maarifləndirmə tədbirləri Şirvan şəhərində davam etdirilib.
Layihə üzrə oktyabrın 16-də “Süd vəzisi xəstəliklərinin müasir müayinə və müalicəsi“ mövzusunda Şirvan şəhərində elmi-praktik konfrans təşkil olunub. Konfransda Milli Onkologiya Mərkəzinin mütəxəssisləri və Şirvan şəhəri, Hacıqabul, Salyan, Sabirabad, Saatlı rayonlarında çalışan onkoloq, ginekoloq, terapevt, uroloq və cərrahlar iştirak edib.
Tədbirin açılışında Milli Onkologiya Mərkəzi, “Regional İnkişaf” İctimai Birliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin nümayəndələri çıxış edərək, ölkəmizdə əhalinin sağlamlığının qorunması, onlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində dövlət tərəfindən görülən işlərdən, əldə olunan nəticələrdən, o cümlədən onkoloji xəstəliklərlə mübarizə və bu mübarizədə aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, onkoloji xəstəliklərin erkən diaqnostikası və bu sahədə vətəndaşların məlumatlı olması xəstənin vaxtında müalicəyə cəlb edilməsi, yarana biləcək fəsadların qarşısının alınması baxımından faydalıdır. Regio
nlarda davamlı olaraq aparılan onkoloji müayinə və maarifləndirmə aksiyaları da bu məqsədə xidmət edir.
Daha sonra mütəxəssislərin “Süd vəzisi xəstəliklərinə müasir yanaşma”, “Süd vəzisi xərçənginin onkoplastik və rekonstruktiv cərrahiyyəsi”, “Trofoblastik xəstəliklər”, “Süd vəzisi xərçənginin müasir müalicə prinsipləri” və digər mövzularda maraqlı təqdimat və məruzələri dinlənilib. Tədbirin yekununda iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, layihə çərçivəsində həmçinin oktyabrın 15-də Şirvan şəhərində “Hər kəs bilsin, həyat davam etsin!” devizi altında Milli Onkologiya Mərkəzinin həkimləri tərəfindən qadınlar arasında süd vəzisi xəstəlikləri üzrə profilaktik müayinələr aparılmışdır. Ümumilikdə 155-dən çox sakini əhatə edən müayinələrin nəticələri əsasında xəstəlik riski olanlar daha geniş diapazonlu müayinə üçün Milli Onkologiya Mərkəzinə dəvət edilmiş, digər patologiya aşkar olunan xəstələr ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilmiş, eyni zamanda qadınlarla profilaktik söhbət aparılmış, yerində məsləhətlər verilmişdir.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
-
2 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
2 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
2 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü




















.jpg)



