Ağdam Sənaye Parkının rezidentləri tikinti işlərinə başlayıb
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentləri tikinti işlərinə başlayıb.
Agentliyin yaydığı məlumatda bildirilir ki, Sənaye Parkının rezidentlərindən “Dadaş-N” MMC müxtəlif çeşiddə sintetik xalçaların, “Veliev” MMC Prefabrik dəmir-beton məmulatları istehsalı müəssisələrinin inşasına start verib. Sənaye Parkının digər rezidentləri tərəfindən isə layihələndirmə işləri görülür və yaxın zamanda tikinti işlərinə başlanması planlaşdırılır.
Bundan başqa, Ağdam Sənaye Parkında iki şirkətə qeyri-rezidenetlik statusu verilib. Onlardan biri - “Yüksəl Beton” QSC artıq Sənaye Parkının ərazisində beton istehsalı müəssisəsi inşa edib, məhsulun topdan və pərakəndə satışına başlanılıb. Şirkət tərəfindən istehsal olunan beton məhsulu Ağdam Sənaye Parkı ilə yanaşı, rayonda aparılan tikinti-quraşdırma işlərində də istifadə edilir.
Daha bir qeyri-rezident olan “PMD Projects“ MMC Sənaye Parkının ərazisində beton istehsalı, topdan və pərakəndə satışı ilə məşğul olacaq. Şirkət artıq layihələndirmə işlərinə başlayıb.
Qeyd edək ki, Ağdam Sənaye Parkında 9 sahibkara rezidentlik statusu verilib. Həmin rezidentlər tərəfindən 50 milyon manatdan çox investisiya yatırılması və 1000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 3 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
3 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Ən çox oxunanlar
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)







