Neft qiymətləri böhran riskləri və tələb ətrafında qorxular səbəbindən düşür
Çərşənbə axşamı dünya bazarında neft, tənəzzül riskləri və tələblə dair qorxular səbəbindən 2 faizdən çox ucuzlaşıb.
Marja xəbər verir ki, Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti 2,4% azalaraq bir barelə görə 93,88 dollara, WTI markalı neftin noyabr fyuçersləri 2,6% azalaraq 88,79 dollara düşüb (Bakı vaxtı ilə saat 14:10-a olan məlumat).
Analitiklər bildirir ki, tələbin azalacağına dair narahatlığa görə nrft ucuzlaşır. ABŞ da daxil olmaqla qlobal iqtisadiyyatın çox çətin 2023-cü illə üzləşəcəyi qorxusu səbəbindən bazarlarda risk yenidən artıb.
Mümkün böhran çərşənbə axşamı ticarət üçün əsas mövzudur, riskdən yayınma əmtəə qiymətlərinin və fond bazarlarının düşməsinə səbəb olur. Belə ki, mis 1%, alüminium 2% ucuzlaşıb, Avropanın əsas fond indeksləri 1% geriləyib, əsas Wall Street indeksləri üzrə fyuçerslər də azalma göstərir.
Böhran olacağına dair qorxular qlobal mərkəzi banklarının yüksək inflyasiya ilə mübarizə aparmaq üçün əsas faiz dərəcələrini artırmağa meylli olması ilə bağlıdır. Çərşənbə günü ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FRS, FED) sentyabr iclasının protokollarını dərc edəcək və orada Mərkəzi Bankın gələcək siyasəti və iqtisadi vəziyyətlə bağlı siqnallar ola bilər. Cümə axşamı isə ölkədə illik inflyasiya ilə bağlı statistik məlumatlar açıqlanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
















.jpg)







