Apple tələbatın az olması səbəbindən iPhone 14-ün istehsalını artırmaqdan imtina etdi
İlin sonuna qədər şirkət 90 milyon cihaz istehsal etmək niyyətindədirAmerikanın Apple şirkəti iki həftə əvvəl satışa çıxarılan bu modelə tələbat az olduğu üçün iPhone 14 smartfonlarının istehsalını artırmamaq qərarına gəlib.
Marja xəbər verir ki, bu barədə çərşənbə günü Bloomberg agentliyi məlumat yayıb.
Məlumata görə, şirkət bu ilin ikinci yarısında iPhone 14 smartfonlarının istehsalını 6 milyon ədəd artırmayacağı barədə komponent təchizatçılarını xəbərdar edib. İlin sonuna qədər şirkət 90 milyon cihaz buraxmaq niyyətindədir ki, bu da əvvəlki illə "təxminən eynidir".
Bloomberg-in məlumatına görə, dünyanın ən böyük smartfon bazarı olan Çin smartfon bazarında satışa çıxarıldıqdan sonra ilk üç gündə iPhone 14 alışları keçən ilki iPhone 13-dən 11% az olub. Agentlik qeyd edir ki, qlobal smartfon bazarının bu il 6,5% azalaraq 1,27 milyard ədədə düşəcəyi gözlənilir.
Bazar ertəsi Dehlidə yerləşən "Hindustan Times", Apple-ın Hindistanda iPhone 14 istehsalına başladığını bildirib. Şirkət uzun müddətdir ki, smartfonlarının əksəriyyətini Çində istehsal edir, lakin ABŞ və Çin hökumətləri arasında münasibətlərin mürəkkəbləşməsi səbəbindən alternativlər tapmağa çalışırdı.
ABŞ-da iPhone 14 və iPhone 14 Plus müvafiq olaraq 799 və 899 dollara satılır.
1976-cı ildə qurulan Apple şirkəti smartfonlar, iPad, iMac, MacBook və digər yüksək texnologiyalı məhsullar istehsal edir. Onun bazar kapitallaşması, Nasdaq-a görə, hazırda 2,42 trilyon dollardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
24 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 31 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır



















.jpg)





