Bayramov Borellə telefonla danışıb
13 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozef Borel ilə telefon danışığı olub.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, telefon danışığı zamanı tərəflər arasında bölgədə cari vəziyyət və sərhədboyu Ermənistanın Azərbaycana qarşı növbəti təxribatları nəticəsində yaranmış gərginlik müzakirə olunub.
Nazir Ceyhun Bayramov Ermənistanın öhdəliklərini kobud şəkildə pozaraq genişmiqyaslı təxribatlar törətdiyini və mövqelərimizin intensiv atəşə tutulması nəticəsində 50 hərbçimizin şəhid olduğunu, bu təxribatların Ermənistan tərəfindən son aylarda davam edən provokasiyaların tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin ərazi bütövlüyünün qorunması məqsədilə hərbi təxribatlara adekvat cavab tədbirləri həyata keçirdiyi vurğulanıb.
Telefon söhbəti zamanı ali nümayəndə Cozef Borel yaranmış gərginliklə bağlı narahatlığını ifadə edib. Borel Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında danışıqların davam etməsinin vacib olduğunu qeyd edib. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın 14 sentyabr tarixində bölgəyə səfər etmək niyyətini diqqətə çatdırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur














.jpg)






