Azercell müştərilərini mobil tətbiqlərdən və sosial şəbəkələrdən istifadə edərkən diqqətli olmağa çağırır!
(®) WhatsApp və digər tətbiqlərdə təhlükəsizlik pozuntuları ilə bağlı dünya miqyasında baş verən bir sıra hadisələri diqqət mərkəzində saxlayaraq, Azercell abunəçilərini cihaz və telefon nömrələrini potensial haker hücumlarından qorumaq üçün priventiv tədbirlər görməyə çağırır.
Bu cür hücumların sayının artmasını və bunun nəticəsində şirkətə son günlər ərzində daxil olan çoxsaylı sorğuları nəzərə alan mobil operator, məlumat təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tövsiyələri abunəçiləri ilə bölüşür:
-Telefonlarınızı nəzarətsiz qoymayın;
-WhatsApp tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə, sorğu və ismarışlara reaksiya verməyin;
-Şübhəli zənglərə cavab verməyin;
-Etibar doğurmayan internet saytlardan istifadə etməyin;
-Şübhəli məzmunlu müxtəlif oyun, yarışma və s. təkliflərdən yararlanmayın;
-WhatsApp-dan qeydiyyatdan keçmək üçün nömrəyə göndərilən 6 rəqəmli şifrəni heç kimlə bölüşməyin:
İstifadənizdə olan nömrənin WhatsApp hesabı yaradılarkən sizə sms vasitəsilə 6 rəqəmli şifrə göndərilir. WhatsApp hesabınızın təhlükəsizliyini qorumaq üçün bu şifrə gizli saxlanılmalıdır və heç kimlə bölüşülməməlidir.
-WhatsApp-da şəxsi 6 rəqəmli təhlükəsizlik şifrəsi yaradın:
WhatsApp istifadəçiləri şəxsi 6 rəqəmli təhlükəsizlik şifrəsi yarada bilərlər. Bunun üçün proqram parametrlərində “İki addımlı təsdiqetmə” funksiyasını aktiv edin. Sonra müvafiq xanalara təhlükəsizlik şifrəsini və e-poçt ünvanını əlavə edin.
Azercell abunəçilərinin məlumat təhlükəsizliyini təmin etmək və onlara ən yaxşı müştəri təcrübəsini təqdim etmək üçün bu növ məlumatları müntəzəm olaraq onlarla paylaşmağa davam edəcək.
Qeyd edək ki, Azercell tətbiqlərdən və ya sosial şəbəkələrdən yararlanmaq üçün yalnız mobil internet bağlantısını təmin edir. Tətbiqlərə və sosial şəbəkələrə aid istifadəçi hesablarının təhlukəsizlik və istifadə şərtləri Azercell tərəfindən idarə edilmir. Məhz bu səbəbdən bu mövzularda yaranan sual və çətinliklər müvafiq proqramın dəstək xəttinə yönləndirilməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 15 d. əvvəl
- 21 d. əvvəl
- 22 d. əvvəl
- 55 d. əvvəl
- 56 d. əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 14 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
























