Türkiyədə ev qiymətlərində yeni rekord
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) iyun ayı üzrə mənzil qiymətləri indeksini açıqlayıb. Məlumatlar göstərir ki, illik artım 160,6% ilə rekordu davam etdirib. İstanbulda illik artım 185% təşkil edib, kvadrat metrin orta qiyməti 21 min TL-ni keçib.Türkiyədə mənzil qiymətləri iyun ayında ötən ilin eyni dövrü ilə müqayisədə 160,57 faiz artıb. Beləliklə, qiymət artımında yeni rekord qeydə alınıb.
Marja.az xəbər verir ki, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) mənzil qiymətləri indeksinə görə, iyun ayında qiymətlər may ayı ilə müqayisədə 8,98 faiz artıb.
İyun ayında yeni evlərin qiymətləri illik müqayisədə 164,8 faiz, köhnə evlərin qiymətləri isə 160,7 faiz artıb. İyun ayında Türkiyədə evin bir kvadrat metrinin orta qiyməti 13 min TL-ni (türk lirəsini) keçib.
İstanbulda qiymətlər təxminən üç dəfə artıb
Məlumatlara görə, İstanbulda mənzil qiymətləri iyun ayında ötən ilin eyni dövrü ilə müqayisədə 184,9% artıb. Bu artımdan sonra İstanbulda kvadrat metrin orta qiyməti 21 min 329 TL-yə yüksəlib.
Ankarada illik artım 165,4%, İzmirdə 150,9% təşkil edib. İzmirdə kvadrat metrin orta qiyməti 15 min TL həddinə çatıb.
Həmçinin oxu
Türkiyədə azərbaycanılılara mənzil satışı azaldıMüştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 10 d. əvvəl
-
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
Daha 3 həkim-mütəxəssisə plastik cərrahiyyə üçün icazə verilib
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir























