Neft Çinlə bağlı narahatlıqlar ilə kəskin ucuzlaşdı
Brent nefti 5%-ə yaxın da ucuzlaşdı.Neft yeni həftəyə Çinlə bağlı narahatlıqlar və İrandan daha çox tədarük gözləntiləri səbəbindən ucuzlaşma ilə başlayıb.
Marja.az xəbər verir ki, Brent neftinin qiyməti 4,7% azalaraq 93,53 dollara düşüb (Bakı vaxtı ilə saat 15:07-yə olan məlumat).
Çin Xalq Bankı (PBOC) iqtisadiyyata dəstəyi artırmaq üçün gözlənilmədən faiz dərəcəsini 10 faiz bəndi aşağı salıb. Ölkənin neftə olan tələbatı ötən ay təxminən 10 faiz azalıb.
Bazarlarda İranla nüvə sazişinin bərpası prosesi önə çıxır. İran xarici işlər nazirinin sözçüsü bəyan edib ki, saziş tezliklə imzalana bilər və son danışıqlarda mühüm irəliləyiş əldə olunub.
Xam neftin qiyməti son bir neçə ayda iqtisadi geriləmə ilə bağlı narahatlıqlar fonunda ucuzlaşıb və bu, Rusiyanın Ukraynaya işğalından sonra əldə etdiyi bütün qazancları geri qaytarıb.
Çində iqtisadi bərpa iyul ayında zəifləyib, çünki COVID-19 istehlakçı və korporativ xərclərə təsir edir. Sənaye istehsalı bir il əvvələ nisbətən 3,8 faiz artaraq, iyun ayındaki 3,9 faiz artımdan və iqtisadçıların 4,3 faiz artım proqnozundan aşağı olub.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 4 saat sonra
- 4 d. əvvəl
- 30 d. əvvəl
-
34 d. əvvəl
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
- 43 d. əvvəl
-
47 d. əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
1 saat əvvəl
"Əsas suallardan biri “Fukidid tələsi”ndən qaçmağın mümkün olub-olmayacağıdır"
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Azərbaycan neftinin son qiyməti
Məlumatları yerli “bulud”da saxla! – Xərclərə qənaət et!
Ən çox oxunanlar
Si Cinpin: "ABŞ və Çin rəqib deyil, tərəfdaş olmalıdır"
Rəsmi məzənnələr açıqlandı
Trampın FED sədri vəzifəsinə namizədi Senat tərəfindən təsdiqlənib - Kevin Uorş dövrü başlayır
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 30 GÜN






.jpg)






.jpg)








