Gəncədə süd, ət və yumurta istehsalı azalıb
2022-ci ilin yanvar-iyun aylarında Gəncə şəhərində kənd təsərrüfatının vəziyyəti haqqında məlumatlar açıqlanıb.
Gəncə şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, 2022-ci ilin yanvar-iyun aylarında Gəncə şəhərində 61,2 ha əkin aparılmış, ondan 29,0 hektar dənlilər və dənli paxlalı bitkilər, 32,2 hektar tərəvəz bitkiləri təşkil etmişdir.
Şəhərdə taxıl biçini başa çatmışdır və cari ilin iyul ayının 1-i vəziyyətinə 29,0 hektar sahədən 64,0 ton arpa yığılmışdır. Hesabat dövründə sahələrdən 35,2 ton tərəvəz və 275,7 ton meyvə və giləmeyvə toplanmışdır.
2022-ci ilin iyul ayının 1-i vəziyyətinə təsərrüfatlarda 968 baş iribuynuzlu mal-qara (ondan 396 baş inək və camış), 1717 baş qoyun və keçi, 22 baş donuz mövcud olmuşdur.
Gəncə şəhərində 2022-ci ilin yanvar-iyun aylarında heyvandarlıq bölməsində 32,5 ton diri çəkidə ət, 202,7 ton süd, 215 min ədəd yumurta, 2,8 ton yun istehsal edilmişdir. 2021-ci ilin müvafiq dövrünə nisbətən süd istehsalı 96,4 ton (32,2 faiz), ət istehsalı isə 9,1 ton (21,9 faiz), yumurta istehsalı 126 min ədəd (37,0 faiz) azalmış, yun istehsalı 0,3 ton (12,0 faiz) artmışdır.
2022-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatının ümumi məhsulu faktiki qiymətlərlə 728,2 min manat, o cümlədən bitkiçilik məhsulları 344,2 min manat, heyvandarlıq məhsulları 384,0 min manat təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)





.jpg)







