“Yapı Kredi Bank Azərbaycan” 2022-ci ilin ikinci rübünü mənfəətlə başa vurub
2022-ci ilin ikinci rübündə “Yapı Kredi Bank Azərbaycan” QSC ötən ilin müvafiq dövrü ilə müqayisədə xalis mənfəətini əhəmiyyətli dərəcədə artıraraq, 1 milyon 361 min AZN-ə çatdırıb. Bu barədə Bankın yaydığı press-relizdə bildirilir.
Qeyd olunan dövr üçün bankın aktivləri 383.8 mln. manat, kredit portfeli ise 220.9 mln manat olmuşdur. Ötən ilin sonu ilə müqayisədə müştərilərə verilən kreditlərin ümumi həcmində 26% olmaqla, biznes kreditlərinin 36% artımı müşahidə edilib. Belə ki, korporativ müştərilərə verilən kredit portfelinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə artaraq 2022-ci ilin ikinci rübündə 160 milyon manata çatmışdır və xüsusilə qeyd etmək lazımdır ki, həmin portfelin iqtisadi sahələr üzrə strukturunda qeyri-neft sektoru üstünlük təşkil edir.
2022-ci ilin nəticələrinə görə hazırda bankın tutulmalardan sonra məcmu kapitalı artaraq 76.3 milyon manat çatıb. Mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.
Cari ilin ikinci rübündə I dərəcəli kapitalın adekvatlıq əmsalı 29%, məcmu kapitalının adekvatlıq əmsalı isə 31% olmuşdur. Nəticə etibarilə, bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan əhəmiyyətli dərəcədə yüksək olmuşdur. Qeyd edək ki, Mərkəzi Bankın tələblərinə görə məcmu kapitalın adekvatlılıq əmsalı minimum 10% olmalıdır.
Əsas səhmdarları Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)







