“Turanbank”ın xalis mənfəəti 9 dəfədən çox artıb
“Turanbank” ASC 2022-ci ilin birinci yarısını (yanvar-iyun dövrünü) 1 milyon 710 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 185 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Turanbank”ın xalis mənfəəti 2021-ci ilin birinci yarısı ilə müqayisədə 2022-ci ilin birinci yarısında 9,2 dəfə artıb.
GƏLİRLƏRİ ARTIB
Marja xəbər verir ki, "Turanbank"ın faiz gəlirləri 2021-ci ilin birinci yarısı ilə müqayisədə 2022-ci ilin birinci yarısında 8 milyon 879 min manat və ya 45,8% artaraq 28 milyon 254 min manat təşkil edib. Bankın qeyri-faiz gəlirləri isə 3 milyon 132 min manat və ya 2,3 dəfə artaraq 5 milyon 516 min manata yüksəlib.
BANK BÖYÜYÜB
2021-ci ilin sonu ilə müqayisədə "Turanbank" ASC-nin cəmi aktivləri 73 milyon 771 min manat və ya 10,3% artaraq 30 iyun 2022-ci il tarixində 788 milyon 732 min manata çatıb. Bank tərəfindən müştərilərə verilmiş kreditlər isə 53 milyon 329 min manat və ya 12,2% artaraq 489 milyon 774 min manata yüksəlib.
2021-ci ilin sonu ilə müqayisədə "Turanbank" ASC-nin depozit portfeli 33 milyon 430 min manat və ya 8% artaraq 30 iyun 2022-ci il tarixində 450 milyon 882 min manata çatıb.
30 İyun 2022-ci il tarixində "Turanbank" ASC 95 milyon 969 min manat məcmu kapitala malik olub. Bank 2021-ci ilin sonunda 91 milyon 917 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















.jpg)







