"Qafqaz Motor Şou 2022" avtomobil sərgisi keçiriləcək - TARİX
Məhz bu deviz altında cəmi 10 gün sonra Qəbələ şəhərində «Qafqaz Motor Şou 2022» avtomobil sərgisi baş tutacaq.
17-ci dəfədir ki, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) avtosevərləri parlaq avtomobil bayramına dəvət edir.
29-31 iyul il tarixində «Qəbələnd» əyləncə mərkəzində ən müasir və təhlükəsiz, ən texnoloji və ekoloji minik və kommersiya avtomobillərinin təqdimatı keçiriləcək. Bir necə tam yeni modelin Azərbaycan premyerası gözlənilir.
AADA İdarə Heyətiniin sədri Natiq Zərbəliyevin verdiyi məlumata görə «Qafqaz Motor Şou 2022» Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilati dəstəyi ilə həyata keçirir. O, qeyd etdi ki, bu əməkdaşlıq artıq 3-cü dəfədir baş tutur. Beləki bu ilin 10 may 2022-ci il tarixində Milli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş Bakı-Mingəçevir marşrutu ilə «Yaşıl ölkə» adlı ölkədə ilk ekoloji avtomobillərin yürüşü və 28 may Müstəqillik Günü münasibətilə məktəblilər arasında təşkil olunmuş «Gələcəyin avtomobili» rəsm müsabiqəsi də AADA və AAF tərəfindən həyata keçirilmiş birgə layihələr oldu.
Yalnız rəsmi avtomobil idxalçılarının və dilerlərinin iştirakı ilə təşkil edilən motor-şou unikallığı ilə seçilir. Adətən bu tədbir «Kaspian Motor-Şou» adı altında dəniz kənarında və ya «Qafqaz Motor-Şou» kimi qağlıq regionlarda, kütləvi istirahət məkanlarında keçirilir. Sərginin məqsədi: əhaliyə ən müasir avtomobil nümunələrinin nümayişi, hərəkətin təhlükəsizliyinin və sürücülük mədəniyyətinin təbliği, bölgələrdə avtomobil turizminin inkişafı, gənclərdə texniki idman növlərinə marağın artırılması, ekoloji məsələlərə ictimayyətin diqqətinin cəlb edilməsidir.
2003-cü ildən başlayaraq bu avtomobil forumu Xaçmaz rayonunun Nabran istirahət zonasında, Abşeronun ən populyar çimərlikərində, Şəki və Qəbələ şəhərlərində, Bakıda, Ağ şəhər ərazisində təşkil olunmuşdur. Son iki ildə Covid-19 pandemiyası ilə əlaqədar sərgilər keçirilmədi. 2022-ci ildən Cacasus Motor-Show - Kiçik Qafqaz dağlarına, Qəbələ şəhərinə qayıdır.
«Qafqaz Motor Şou 2022»-nin proqramı olduqca gərgin və maraqlıdır. Forum «Ekoloji avtomobillərin təşviqi» mövzusunda konfransdan başlanacaq. Daha sonra üç gün ərzində avtomobil prezentasiyaları, brifinqlər, iştirakçılar arasında kartinq yarışları, klassik avtomobillərin yürüşü, 4X4 klublarının iştirakı ilə «of-road» çıxışları, «Miss-Avto» gözəllik müsabiqəsi, tamaşaçılar arasında uduşlu viktorinalar, konsert və s. tədbirlər baş tutacaq.
Beləliklə, 29-31 İyulda avtomobil həvəskarlarını Qəbələ şəh., «Qəbələnd» əyləncə mərkəzində səbirsizliklə gözləyirik. Sərgiyə giriş şərbəstdir.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 17 d. əvvəl
-
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
Daha 3 həkim-mütəxəssisə plastik cərrahiyyə üçün icazə verilib
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir






















