“AzeSteelCompany” zərərdən mənfəətə keçib
Sənaye qazlarının və metal məmulatlarının istehsalı ilə məşğul olan “AzeSteelCompany” ASC (əvvəlki adı “EKSPRESS-C” ASC) 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja xəbər verir ki, Şirkət 2021-ci ili 347,3 min manat xalis mənfəətlə başa vurub. Qeyd edək ki, “AzeSteelCompany” 2020-ci ili 30,6 min manat xalis zərər ilə bağlamışdı.
2021-ci il üzrə “AzeSteelCompany” ASC-nin gəlirləri 2 milyon 423 min manat təşkil edib (2020-ci ildə 1 mlyon 769 min manat).
Ötən il şirkətin cəmi aktivləri 12,5 dəfə artaraq 31 dekabr 2021-ci il tarixində 14 milyon 389 min manata, cəmi kapitalı 146 dəfə artaraq 8 milyon 957 min manata, cəmi öhdəlikləri isə 5 dəfə artaraq 5 milyon 432 min manata çatıb.
Qeyd edək ki, “AzeSteelCompany”nin cəmi kapitalının kəskin artması ötən il şirkətin nizamnamə kapitalını 100 manatdan 8 milyon 354 min manata qədər artırması ilə bağlıdır. Bundan əlavə, şirkətin böyüməsi onun cəmi aktiv və öhdəliklərini də kəskin artırıb.
“AzeSteelCompany” ASC-nin səhmdarları Camaləddin İsmayılov (69,4%), Kənan Ağayev (20,6%) və Ömər Hüseynovdur (10%).
ASC-nin hüquqi ünvanı Hacıqabul rayon Navahi qəsəbəsidir. “Xəzər İnsaat -İCN” Məhdud Məsuliyyətli Cəmiyyəti “AzeSteelCompany” ASC-nin 100%-lik törəmə müəssisəsidir.
2021-ci il tarixinə Qrupun (“AzeSteelCompany” və “Xəzər İnsaat -İCN”) 149 nəfər (31 dekabr 2020-ci il: 33 nəfər) işçisi olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 30 d. əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
5 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
Ən çox oxunanlar
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir







.jpg)





.jpg)




