SOCAR-ın gəlirləri Türkiyədə 2,3 dəfə, İsveçrədə isə 46%-dən çox artıb
2021-ci ildə SOCAR Türkiyədəki əməliyyatlardan 17 milyard 567 milyon manat gəlir əldə edib ki, bu da 2020-ci ilin göstəricisindən 2,3 dəfə çoxdur.
Şirkətin 2021-ci il üzrə birləşdirilmiş maliyyə hesabatına əsasən, SOCAR-ın ötən il ərzində bütün gəlirlərinin 22,7%-i Türkiyədəki əməliyyatların payına düşüb.
Şirkət 2021-ci ildə gəlirinin böyük hissəsini İsveçrədəki fəaliyyətindən əldə edib. Bu məbləğ 44 milyard 625 milyon manat və ya şirkətin ümumi gəlirlərinin 57,6%-ni (artım 46,4%) təşkil edib.
2021-ci ildə SOCAR Azərbaycandakı əməliyyatlardan 7 milyard 804 milyon manat (artım 23,7%), BƏƏ-dəki əməliyyatlardan 2 milyard 937 milyon manat (artım 32,1%), Gürcüstandakı əməliyyatlardan 1 milyard 240 milyon manat (artım 18,7%), digər ölkələrdəki əməliyyatlardan isə 3 milyard 358 milyon manat (artım 1,7 dəfə) gəlir əldə edib.
2021-ci ildə SOCAR-ın satışdan gəlirləri 77 milyard 531 milyon manat (artım 56,3%) təşkil edib.
Hazırda “SOCAR Turkey Enerji” “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin (51%) sahibidir. Türkiyədə STAR neft emalı zavodu, konteyner terminalı və elektrik stansiyası inşa etmiş şirkət daxili bazara qaz və neft məhsulları da tədarük edir.
SOCAR İsveçrədə SOCAR brendi altnda yanacaqdoldurma məntəqələri şəbəkəsi açmaqla neft məhsullarının pərakəndə satışı sahəsində fəaliyyət göstərir. SOCAR-ın “Esso Ecco Schweiz GmbH” şirkətinin səhmlərini əldə etməsinə dair saziş 2011-ci il noyabrın 16-da Sürixdə imzalanıb. “Esso Ecco Schweiz GmbH” şirkətinin səhmləri SOCAR-a 330 milyon dollara başa gəlib.
Bundan başqa, “SOCAR Trading” ticarət şirkətinin mənzil-qərargahı Sürixdə yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)









.jpg)



