Zəmilərin 66 faizində biçin başa çatıb
Respublikada taxıl biçini davam edir.
Kənd Təsərrüfatı NAzirliyinin yaydığı məlumatda bildirilir ki, iİyulun 4-nə olan operativ məlumata görə, taxıl sahələrinin 66 faizində biçin prosesi yekunlaşıb. Biçin tam başa çatmış rayonların əkin sahələrində yay şumuna başlanıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, bu il Azərbaycanda hər hektardan 50-60 sentnerdən yuxarı məhsul götürən fermer təsərrüfatlarının sayı əvvəlki ilə nisbətən daha çoxdur:
“Həmin təsərrüfatlarda apardığımız monitorinqlər göstərir ki, bol məhsul götürülməsində iki faktor önəmli rol oynayıb. O fermerlər sahələrdən daha yüksək məhsul götürürlər ki, əkin materialı kimi sertifikatlı toxumdan istifadə edirlər, həmçinin sahələrə düzgün aqrotexniki qulluq göstərirlər. Taxılçılıqda aqrotexniki qulluğun ilk mərhələsi biçindən dərhal sonra yay şumunun aparılmasıdır. Yay şumu becərmə dövründə fermerlərin əkin məsrəfinin azalması, həm də növbəti mövsümdə daha çox məhsul götürməsi baxımından mühüm əhəmiyyəti var. Yay şumu torpağn strukturunu yaxşılaşdırır, alaq otlarına və gəmiricilərə qarı mübarizə üçün sərf olunan xərcləri azaldır, torpağın üzvi gübrə ilə zənginləşməsini təmin edir. Təcrübəni nəzərə alaraq, fermerlərimiz bu il də biçindən sonra yay şumu aparmağa daha çox maraq göstərir. Artıq ölkə üzrə biçin başa çatmış ərazilərin 20 faizində yay şumu aparılıb”.
Qeyd edilib ki, artıq ölkə üzrə taxıl sahələrinin 66 faizində biçin başa çatıb. Ümumilikdə sahələrdən 1 milyon 968 min 320 ton məhsul yğılıb.
Hazırda biçin prosesində 1655 kombayn iştirak edir. Bunlardan 651-i “Aqroservis” ASC-nin balansında olan kombaynlardır. Biçində həmçinin fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 1004 kombayn da iştirak edir. Biçin prosesinin optimal müddətdə başa çatması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)







.jpg)







