Böyük Britaniya Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyə çağırır
Böyük Britaniya sanksiyalara məruz qalan Rusiya aktivlərinin Ukraynanın xeyrinə müsadirə edilməsinin tərəfdarıdır və hazırda bu məsələ üzərində işləyir.
Marja xəbər verir ki, bunu "The Guardian" qəzetinə Krallığın xarici işlər naziri Liz Truss deyib.
"Mən bu ideyanı dəstəkləyirəm və biz bu məsələni yaxından öyrənirik. Kanada da müvafiq qanun qəbul edib. Biz Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə bunun üzərində işləyirik" Truss bildirib.
O, Britaniya Parlamentinin Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsinə imkan verən yeni qanunun qəbuluna “ehtimal ki” ehtiyac duyacağını söylədi, lakin əlavə edib ki, yeni qanun lazım olmaya da bilər.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin qondarma Donbass respublikalarının rəhbərlərinin yardım xahişinə cavab olaraq hərbi əməliyyat elan edib. Bundan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiya Federasiyasına qarşı irimiqyaslı sanksiyalar tətbiq edib və Ukrayna hakimiyyətinə silah tədarükünü artırıblar.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub
























