“Bir sahibkar üçün maliyyə savadlılığı puldan daha dəyərlidir” - MÜSAHİBƏ
Aqşin Əhmədov: "İllik maliyyə hesabatlarının auditi zamanı bir çox problemlərlə rastlaşırıq"Sahibkarlıq bazar iqtisadiyyatının əsasını təşkil edən mühüm amillərdən biridir. Bir çox insan hər hansı spesifik sahədə özünü bilikli və bacarıqlı hesab etdiyi üçün fəaliyyətlərini, xidmətlərini biznesə çevirir. Biznesləri inkişaf etdikcə və ya əksinə, neqativ nəticələrdən təcrübələr topladıqca sahibkarlıq bacarıqları da inkişaf edir.
Bir çox araşdırlmalar göstərir ki, bu bacarıqların arasında sahibkar üçün ən vaciblərindən biri də maliyyə savadlılığıdır. Mövzu ilə əlaqadər suallarımızı maliyyə və audit xidmətləri üzrə ekspert “Business Finance And Audit” şirkətinin həmtəsisçisi Aqşin Əhmədov cavablandırıb.
- Öz biznesinin inkişafı baxımından sizcə sahibkarın maliyyə savadlılığının olması nə üçün vacibdir?
-Hər bir biznesin yaranmasının əsasında gəlir əldə etmək məqsədi var. Gəliri formalaşdırmaq üçün müvafiq bacarıqların olması vacib olduğu kimi, gəlirin proqnozlaşdırılması və hesablanması üçün də maliyyə savadlılığının olması vacibdir. Maliyyə planı hazırlanmadan görülən hər bir işin nəticəsi böyük risklər daşıya bilər. Düşünün, böyük bir layihəni icra etmək üçün təklif almısınız və heç bir maliyyə planlaması etmədən təsdiqləyirsiniz. Layihənin icrası zamanı maliyyə məsələləri ilə bağlı çətinliklər yaşamağa başladığınızda isə artıq maliyyə planlaması haqqında düşünməyiniz gec olacaqdır və böyük ehtimalla ya layihəni zərərlə başa vuracaqsınız, ya da layihənin icrasını dayandırmalı olacaqsınız. Maliyyə planı peşəkar komanda vasitəsilə hazırlansa belə, sahibkarın müəyyən maliyyə savadı olmalıdır ki, hazırlanmış maliyyə planı üçün yekun qərarı verə bilsin.
-Bəs sahibkarın maliyyə savadlılığının dərəcəsi müəssisədə maliyyə və mühasibat komandasının işinə necə təsir edir?
-Mən düşünürəm ki, maliyyə savadlılığı yüksək olan sahibkarların müəssisələrində maliyyə və mühasibat komandasının üzvləri işləri daha effektiv və operativ şəkildə icra edə bilərlər. Çünki maliyyə məsələlərində ilkin mərhələdə düzgün istiqamətin formalaşması, növbəti mərhələlərdə isə atılacaq addımlarda yaranan istənilən mövzunu müzakirə edə biləcəkləri sahibkarın olması maliyyə və mühasibat komandası üçün kifayət qədər dəyərli bir dəstəkdir. Bütün bunlarla yanaşı, maliyyə savadı olmayan bir sahibkar ilə maliyyə məsələlərində aparılacaq təhlillərdə maliyyə və mühasibat komandası tərəfindən təhlilin necə aparılması, nəticəsi, gələcək üçün verilməsi tövsiyyə olunan maliyyə qərarlarının izah edilməsi və izahların tam başa düşülməsi müəyyən zaman alacaq bir proses olacaqdır. Hər iki situasiyanı nəzərə alaraq yüksək maliyyə savadlılığının sahibkarın öz biznesini rəqiblərinin qarşısında bir addım öndə apara bilmə ehtimalını da artıran bir bacarıq olduğunu qeyd edə bilərik.
Qısa olaraq onu deyim ki, bir sahibkar üçün maliyyə savadlılığı puldan daha dəyərlidir.
-Artıq uzun illərdir ki, komandanızla birlikdə şirkətlərə maliyyə hesabatlarının müstəqil auditi xidmətlərini göstərirsiniz. Ölkəmizdə şirkətlərin müstəqil audit xidmətlərinə təlabatı hansı formada dəyişir və müstəqil auditlərin aparılması müəssisələrə nə qazandırır?
- Müstəqil auditor xidmətlərinə könüllü və məcburi olmaqla iki halda müraciət olunur. Könüllü olaraq müstəqil auditor xidmətinə istənilən müəssisə müraciət edə bilər. Məcburi olaraq müstəqil auditor xidmətinə isə ölkəmizdəki mövcud qanunvericiliyə görə illik maliyyə hesabatlarını müstəqil auditor tərəfindən təsdiqlətməli olan təsərrüfat subyektləri müraciət etməlidir. Orta və iri sahibkarlıq meyarlarına cavab verən məhdud məsuliyyətli cəmiyyətlər, maliyyə-sənaye qrupları, fondlar, publik hüquqi şəxslər, banklar, kredit təşkilatları, sığorta təşkilatları və s. məcburi auditin subyektləri sayılır. Məcburi auditdən yayınan subyektlərin İnzibati Xətalar Məcəlləsinə və Vergi Məcəlləsinə əsasən cərimələnmələri nəzərdə tutulmuşdur. Əlavə olaraq artıq bir çox müəssisələr böyük layihələr üzrə tender elan edən zaman illik maliyyə hesabatlarının müstəqil auditor tərəfindən təsdiqlənməsi şərtini də qoymağa başlayıb. Qeyd etdiyim hallar əsasında müstəqil auditor xidmətlərinə təlabatın artacağı gözlənilir. Müstəqil auditor xidmətlərindən biri olan maliyyə hesabatlarının auditi müəssisələrə bir çox üstünlüklər qazandırır. İlk növbədə hazırladıqları maliyyə hesabatları yoxlanılaraq dəqiq nəticələr əldə edirlər və yaranmış uyğunsuzluqları aradan qaldırırlar. Buna əlavə olaraq auditdən keçmiş maliyyə hesabatları güvənilə biləcək hesabatlar sayılır. Kreditorlar, investorlar və müştərilər şirkətiniz ilə işləmək qərarını vermədən öncə audit olunmuş maliyyə hesabatlarını istəyə bilər.

-Apardığınız müstəqil maliyyə auditləri zamanı ortaya çıxan əsas ümumi problemlər hansılar olur?
-İllik maliyyə hesabatlarının auditi zamanı bir çox problemlərlə rastlaşırıq. Biz hazırlanmış hesabatların Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğunluğunu audit edirik. Ölkəmizdə müəssisələrin müəyyən bir hissəsi vergi uçotuna əsaslandığı üçün audit zamanı müəssisə tərəfindən hazırlanmış maliyyə hesabatlarına müəyyən düzəlişlər etməli oluruq. MHBS üzrə hər il müntəzəm olaraq müəyyən standartlara müvafiq düzəlişlər edilir. Bu düzəlişləri nəzərdən qaçıran müəssisələr də olur və audit zamanı bu hallarla da rastlaşırıq. Yeniliklər əsasında müvafiq düzəlişləri edirik və tətbiq olunması istiqamətində tövsiyyələr veririk. Bununla yanaşı, maliyyə hesabatlarının maddələri üzrə aparılan testləri zamanı çatışmayan sənədlərin aşkarlanması kimi problemlə də rastlaşırıq.
-Müsahibə üçün təşəkkür edirik!
Müştərilərin xəbərləri
ABB İnvest-dən USD ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları artıq ABB mobile tətbiqində
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 6 gün sonra
-
6 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 gün sonra
- 48 d. əvvəl
-
55 d. əvvəl
Azərbaycan holdinqi Gürcüstanda avtosalonunu açıb - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azad olunan ərazilərdə MMC statuslu vahid Mənzil-kommunal Təsərrüfatı Müəssisəsi yaradılacaq
-
1 saat əvvəl
Pulu dollarda olanların nəzərinə - İRİ DÖVLƏT ŞİRKƏTİ İLLİK 7 FAİZ GƏLİR TƏKLİF EDİR
- 1 saat əvvəl
-
2 saat əvvəl
Su Kanal İdarəsinin kollektorları və sahə rəisi "kollektorda ölüm" işinə cəlb ediliblər
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Azərbaycan holdinqi Gürcüstanda avtosalonunu açıb - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
Azad olunan ərazilərdə MMC statuslu vahid Mənzil-kommunal Təsərrüfatı Müəssisəsi yaradılacaq
Pulu dollarda olanların nəzərinə - İRİ DÖVLƏT ŞİRKƏTİ İLLİK 7 FAİZ GƏLİR TƏKLİF EDİR
Ən çox oxunanlar
Su Kanal İdarəsinin kollektorları və sahə rəisi "kollektorda ölüm" işinə cəlb ediliblər
424 min 437 KOB subyektlərində 418 min nəfər çalışır
"Qızılın və gümüşün bahalaşması yenidən sürətlənəcək, qızıl 5000 dolları, gümüş isə 75 dolları keçəcək"
“Unibank”ın İdarə Heyətinə yeni təyinat olub
Qax və Zaqatalada təsərrüfatlarına zərər dəymiş fermerlərə 22 268 manat sığorta ödənilib
"BOA Agency"də növbədənkənar ümumi yığıncağı keçiriləcək
Azərbaycan neftinin son qiyməti



















