SOCAR və bp yeni saziş imzaladı
SOCAR və bp bərpa olunan enerji sahəsində potensial layihələr üzrə əməkdaşlıq edəcəkBu gün SOCAR və bp arasında Azərbaycanda texniki və maliyyə cəhətdən mümkün olan aşağı karbonlu enerji layihələrinin birgə işlənməsi potensialının müəyyən edilməsi və qiymətləndirilməsi istiqamətində birgə fəaliyyətə dair əməkdaşlıq haqqında saziş imzalanıb.
Bu saziş hər iki şirkətin Azərbaycanda enerji keçidinin sürətləndirilməsinə dəstək vermək niyyətini əks etdirir. Şirkətlər öz təcrübələrini bölüşmək və bərpa olunan enerji mənbələri də daxil olmaqla Azərbaycanda təmiz, təhlükəsiz və sərfəli enerji həllərini irəli aparmaq imkanlarının qiymətləndirilməsi istiqamətində birgə işləmək arzusundadır.
Saziş Bakı Enerji Həftəsi çərçivəsində Şuşa şəhərində imzalanıb. Bu sənəd SOCAR və bp-nin Azərbaycanda innovativ texnologiyalar tətbiq etməklə, enerji səmərəliliyinin artırılması imkanlarından istifadə etməklə, əməliyyatçısı olduqları obyektləri elektrikləşdirməklə və onların işi nəticəsində yaranan emissiyaları azaltmaq üçün lazım olan digər ciddi tədbirlərə investisiyaları get-gedə artırmaqla mövcüd neft və qaz əməliyyatlarının dekarbonizasiyasına nail olmaq planlarını dəstəkləyir.
SOCAR-ın birinci vitse prezidenti və president vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf deyib:
“SOCAR və bp arasında uzun illərdir uğurlu əməkdaşlıq ənənəsi var. Xüsusən də, regionun və dünyanın enerji təhlükəsizliyinə mühüm töhfə vermiş Azərbaycanın müəllifi olduğu beynəlxalq enerji layihələrinin icrasında bp-nin etibarlı tərəfdaş kimi həmişə xüsusi rolu olub. Bu gün Şuşada imzaladığımız sənəd gələcək əməkdaşlığımız üçün yeni perspektivlər açır. Əminəm ki, birgə səylərimiz möhtəşəm nəticələrə gətirib çıxaracaq.
SOCAR-ın gələcəyə uzunmüddətli baxışı dəyər yaratmaq və dayanıqlı inkişafı təmin etməklə yanaşı, eyni zamanda, yeni sahələrdə öz mövqeyini möhkəmləndirməyi nəzərdə tutur. Bu baxımdan SOCAR-ın 2035-ci ilədək Korporativ Strategiyası enerji keçidi, rəqəmsallaşma və innovasiya sahəsində yeni perspektivlər üçün strateji təşəbbüslər müəyyənləşdirir. Bunun üçün SOCAR quruda və dənizdə bərpa olunan enerji mənbələri üzrə imkanları araşdırır və nəzərdən keçirir. SOCAR və bp arasında bərpa olunan enerji mənbələrinin birgə işlənməsinə dair əməkdaşlıq sazişi bu strategiyanın əsas tərkib hissələrindən biridir.”
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib:
“Bu gün biz SOCAR-la əməkdaşlığın yeni mərhələsinin təməlini qoyuruq. Biz 30 il birgə işləyərək Azərbaycanın neft və qaz ehtiyatlarının uğurla işlənməsinə nail olmuşuq. Bu da ölkənin regionda və dünyada etibarlı enerji təchizatçısı kimi mövqeyini gücləndirib. İndi isə enerji hasilatına olan diqqətimizi yeniləmək və tərəfdaşlığın yeni mərhələsinə başlamaq vaxtıdır. Biz birlikdə çox şeyə nail ola bilərik.
bp olaraq biz dayanıqlı karbohidrogenlərin təchizatına davam edəcək, müştərilər üçün rahatlıq və mobillik təkliflərini gücləndirəcək və bərpa olunan enerji və digər təmiz enerji mənbələrinə investisiyalarımızı əhəmiyyətli dərəcədə artıracağıq – bu bizim strategiyamızdır, yəni dünyanın bu gün ehtiyac duyduğu karbohidrogenləri aşağı emissiya ilə təmin etməklə yanaşı enerji keçidinin sürətləndirilməsinə investisiyalar qoyacağıq, o cümlədən Azərbaycanda da. Enerji işlənmələrinin növbəti mərhələsinə aparan yolun əvvəlində SOCAR-la əməkdaşlığa başlamaqdan məmnunuq.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
-
9 saat əvvəl
“Sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir” -BƏYANATLAR
-
-
12 saat əvvəl
“Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir“
- 12 saat əvvəl
-
14 saat əvvəl
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
-
1 gün əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
1 gün əvvəl
Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Xırdalanda qurulan VİDAL Özəl Sənaye Məhəlləsi diqqət çəkir
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Xalq Bank ağacəkmə askiyasında iştirak etdi
AZAL Naxçıvan biletlərini öncədən əldə etməyi tövsiyə edir






.jpg)
.jpg)







.jpg)






