"Bu gün rubl xeyli möhkəmlənib və yaxşı bazar vəziyyətimiz var"
Volodin bildirib ki, Rusiya xarici borcunu rublla ödəyəcək"ABŞ Rusiya Federasiyasının xarici borcuna xidmət etmək üçün dollarla ödənişləri süni şəkildə qadağan etməklə Rusiyaya problemlər yaratmaq istəyir, lakin Rusiya ödənişləri rublla həyata keçirəcək, ölkədə bütün lazımi vəsait var".
Marja.az xəbər verir ki, bu barədə çərşənbə günü Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
"Birincisi, ödənişlər üçün bizim bütün lazımi vəsaitimiz var. İkincisi, biz rublla ödəyəcəyik. Bu, ABŞ-ın mənalı seçimidir. Onlar özləri dollarla ödənişləri qadağan ediblər. Bu gün rubl xeyli möhkəmlənib və bu mənada, yaxşı bazar vəziyyətimiz var", -deyə Volodin Telegram kanalında yazıb.
Onun sözlərinə görə, Rusiyanın bu qərarı ABŞ-ın Rusiyanın xarici borcuna xidmət lisenziyasını uzatmamaqla ölkə qarşısında qoymaq istədiyi çağırışlara cavab olaraq verilib.
"Bizim rublla qarşılıqlı hesablaşma təcrübəmiz var. Qaz müqavilələri bunu göstərdi. Qoy ABŞ və onların qərarlarını dəstəkləyənlər rubla öyrəşsinlər", - Volodin vurğulayıb.
ABŞ Maliyyə Nazirliyinin Rusiyaya xarici borcuna xidmət üçün ödənişlər etməyə icazə verən baş lisenziyasının müddəti çərşənbə günü başa çatıb. ABŞ Maliyyə Nazirliyi, Rusiya Federasiyasının suveren borcunun bir hissəsinə xidmət üçün ödənişləri anti-Rusiya sanksiyalarından istisna edən və mart ayında dərc edilmiş sənədin qüvvədə olma müddətini uzatmaq niyyətində olmadığını açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 28 d. əvvəl
-
-
41 d. əvvəl
ABŞ-nin müdaxiləsindən sonra təklif narahatlıqları fonunda neft qiymətləri "dalğalanır"
- 58 d. əvvəl
-
1 saat əvvəl
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
-
3 saat əvvəl
“Azərbaycanla 33 milyard kubmetrlik qaz sazişini razılaşdırdıq, münasib qiymətə qaz alacağıq”
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
1 gün əvvəl
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: ABŞ-nin böyük neft şirkətləri Venesuelada fəaliyyətə başlayacaqlar
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
OPEC+ neft hasilatını sabit saxlamaq qərarını təsdiqlədi
Venesuela nə qədər neft ehtiyatına malikdir?
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
ABŞ Venesuelanı idarə edəcək
ABŞ-dən Venesuelaya tarixi müdaxilə

























