Kapital Bank maliyyə lizinqi də təklif etməyə başladı
Kapital Bank hüquqi şəxslərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara bizneslərini inkişaf etdirmək üçün yeni “Maliyyə lizinqi” məhsulunu təqdim edir.
Bankın yaydığı məlumatda bildirilir ki, yeni məhsul vasitəsilə hüquqi şəxslər və sahibkarlar kənd təsərrüfatı, tibbi, tikinti, sənaye təyinatlı xüsusi texnikaların, nəqliyyat vasitələrinin və avadanlıqların alınmasını həyata keçirə bilərlər.
Maksimal olaraq 5 il müddətinə verilən “Maliyyə lizinqi” kreditdən daha sərfəli olmaqla aşağı illik faiz dərəcəsi ilə təklif edilir. Müqavilənin vaxtı bitdikdən sonra isə lizinqlə alınan əmlak sahibkara qalır.
Bu məhsulu əldə edərkən əlavə girov tələb edilmir, ödəniş qrafiki isə müştərinin istəyinə uyğun tərtib edilir. Yeni məhsulu həm Müştəri Bank vasitəsilə onlayn, həm da Kapital Bank-a müraciət etməklə almaq olar. Həmçinin lizinqlə satış etmək istəyən şirkətlər Kapital Bank-la əməkdaşlıq edə bilər.
Kapital Bank-ın KOS müştəriləri üçün nəzərdə tutulan Müştəri Bank vasitəsilə lizinq və digər məhsullarla bağlı məlumatlarla yanaşı, Banka gəlmədən bütün sifarişlərini yönləndirmək imkanı vardır. Qeyd edək ki, bu məhsulu almaq istəyənlər qeyd edilən linkə - https://kbl.az/cbpcr və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 5 saat sonra
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 18 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























