Çindən Huawei və ZTE qadağasına reaksiya
Pekin administrasiyası Kanada hökumətinin Çinin telekommunikasiya şirkətləri Hauwei və ZTE tərəfindən təqdim edilən avadanlıq və xidmətlərdən istifadəni qadağan etməsinə etiraz edib.
Marja xəbər verir ki, Çin Ticarət Nazirliyinin yaydığı açıqlamada, Kanada hökumətinin “milli təhlükəsizlik” səbəbilə qəbul etdiyi qərarın heç bir konkret dəlilə əsaslanmadığı, bazar iqtisadiyyatı və azad ticarət qaydalarını pozduğu bildirilib.
Açıqlamada qərarın Çin və Kanada şirkətlərinin kommersiya maraqlarına zərər verəcəyi və Çin-Kanada iqtisadi əlaqələrinə mənfi təsir göstərəcəyi qeyd edilib.
Açıqlamada Pekinin şirkətlərin zərərə düşmələri halında qarşı tədbir görmək haqqı olduğuna diqqət çəkilərək, "Kanadadan ölkələr arasındakı əməkdaşlığı rasional və obyektiv şəkildə qiymətləndirməyə və səhv addımından əl çəkməyə çağırırıq" deyilir.
Mayın 20-də Kanada hökuməti “milli təhlükəsizlik risklərini” əsas gətirərək Çinin texnologiya şirkətləri Huawei və ZTE-yə ölkənin 5G simsiz şəbəkələrini qurmağı və təchiz etməyi qadağan edib.
Qərarda Huawei və ZTE-dən yeni 4G və ya 5G avadanlıq və xidmətlərinin alınmasının 2022-ci ilin sentyabr ayına qədər dayandırılması, şirkətlərə məxsus mövcud avadanlıq və xidmətlərin isə 2027-ci ilin dekabrına qədər sistemdən çıxarılması nəzərdə tutulur.
Bundan əvvəl ABŞ, Böyük Britaniya, Belçika, İsveç, Yeni Zelandiya və Avstraliya 5G şəbəkələrində iki Çin şirkətinin avadanlıq və xidmətlərindən istifadəni qadağan etmişdir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
47 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























