Azərbaycan qazını Bolqarıstana çatdıracaq kəmər şəbəkəyə qoşulub
Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq 182 kilometrlik Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəməri (Interconnector Greece – Bulgaria - IGB) "Bulqartransqaz"ın milli qaz ötürücü şəbəkəsinə qoşulub.
Xarici mətbuat;n verdiyi məlumata görə, Bolqarıstan operatorunun əlaqə nöqtəsindən interkonnektorun müvafiq bağlayıcı klapan ilə hissəsi artıq faktiki qaz miqdarları ilə doldurulub.
Məlumata görə, IGB-nin xətti hissəsinin tikintisi artıq tamamlanıb. Mayın birinci yarısında intellektual porşen vasitəsilə interkonnektorun bütün uzunluğu boyunca borudaxili yoxlama aparılıb. Xətti hissə artıq Bolqarıstanın Metrologiya və Texniki Nəzarət üzrə Dövlət Agentliyi tərəfindən qeydiyyata alınıb və ilkin yoxlama üçün akt verilmək üzrədir.
Məlumata görə, Komotini (Yunanıstan) və Stara Zaqorada (Bolqarıstan) yerləşəcək qaz-ölçmə məntəqələrində istismar (real qaz hacmləri ilə - red.) sınaqları keçiriləcək.
Məlumatda qeyd olunur ki, Stara Zaqorada ölçmə stansiyanın tikintisi çərçivəsində hələ ki, tamamlama işləri başa çatmaqdadır, burada işlər 94% tamamlanıb. Yaxın vaxtda burada istismar sınaqlarının keçirilməsinə start veriləcək. İyun ayında isə bu prosedur Komotinidə yerləşən ölçmə stansiyasında da təkrarlanacaq.
“Bütün səylər tikinti işlərinin tez bir zamanda başa çatdırılmasına və boru kəmərinin bütün marşrutu boyunca real həcmdə qazla sınaqların həyata keçirilməsinə yönəldilib”, - məlumatda vurğulanır.
Xatırladaq ki, Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin istifadəyə verilməsinin (sonuncu dəfə müəyyən edilən istifadəyə verilmə tarixi – 2022-ci ilin iyul ayı) təxirə salınması səbəbindən (2020-ci ilin sonunda istifadəyə verilməli idi) Azərbaycan qazı Bolqarıstana müvəqqəti olaraq Yunanıstanın sərhəd nöqtəsində (Kula-Sidirokastro) mövcud birləşdirici xətlə nəql edilir.
IGB boru kəmərinin illik ötürmə gücü 3 mlrd. kubmetr olacaq, gələcəkdə bu göstərici 5 mlrd. kubmetrə çatdırıla bilər. Gözlənilir ki, artıq bu ilin sentyabr ayından başlayaraq, kəmər vasitəsilə Azərbaycan qazı Bolqarıstana nəql ediləcək.
Qeyd edək ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsi ilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
6 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
6 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq



























