Səudiyyə Ərəbistanı 2027-ci ilə qədər neft hasilatını gündəlik 13 milyon barelə çatdırmaq niyyətindədir
Səudiyyə Ərəbistanı Krallığı 2027-ci ilin əvvəlinə qədər neft hasilatını gündəlik 13 milyon barrelə çatdırmağı düşünür.
Marja.az xəbər verir ki, bu sözləri bazar ertəsi enerji naziri Əbdüləziz bin Salman Əl Səud Bəhreyndə keçirilən enerji konfransı zamanı deyib.
"Krallıq 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlinə qədər neft hasilatını tədricən sutkada 1 milyon barel artırmaq niyyətindədir", - Əl-Ərəbiyyə telekanalı Səudiyyə nazirinin sözlərindən sitat gətirib: "Beləliklə, biz ümumilikdə daha çox neft hasil etməyi planlaşdırırıq. 13 milyon bareldən çox”.
Əl Səud qeyd edib ki, “neftin kəşfiyyatı və hasilatına investisiyalar yalnız bu məqsədə çatmağa yönəldiləcək”. O, həmçinin əlavə edib ki, “ölkə daxilində bərpa olunan enerji mənbələrindən istifadə daha da neft ixracına cəmləşməyə və digər ölkələrə tədarük olunan xammalı artırmağa imkan verəcək”.
Bundan əlavə, səudiyyəli nazir vurğulayıb ki, “energetika sektorunda istehsal potensialının tükənməsi beynəlxalq ictimaiyyətin diqqət yetirməli olduğu qlobal problemdir”.
Beynəlxalq Enerji Agentliyinin (IEA) may hesabatına əsasən, digər OPEC+ ölkələrindən fərqli olaraq, Səudiyyə Ərəbistanı apreldə hasilatı bir qədər artıra bilib - bir ay əvvəlki 10,28 milyon barellə müqayisədə sutkada 10,4 milyon barelə qədər.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
15 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 18 d. əvvəl
- 30 d. əvvəl
- 38 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























