Azərbaycan AI-92 markalı benzin idxalını 10 dəfə artırıb
Azərbaycan 2022-ci ilin I rübündə 50 min 443 ton AI-92 markalı avtomobil benzini idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 10,1 dəfə çoxdur.
Bu barədə hökumətdən məlumat verilib.
AI-92 markalı avtomobil benzininin idxal həcmi dəyər ifadəsində 52 milyon 390 min dollar (artım 21,9 dəfə) təşkil edib. 45 milyon 348 min dollar dəyərində 43 min 12 ton AI-92 markalı avtomobil benzini (bütün idxalın 85,3%-i) Rusiyadan, 7 milyon 41 min dollar dəyərində 7 min 430,42 ton avtomobil benzini isə Türkmənistandan idxal edilib.
Benzin idxalı 2022-ci ilin fevral və mart aylarında həyata keçirilib.
2021-ci ilin 1-ci rübündə Azərbaycana AI-92 markalı avtomobil benzini Gürcüstandan idxal edilib.
“Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycana idxal edilən AI-95 və AI-92 markalı avtomobil benzininə tətbiq edilən 15% gömrük rüsumu 2022-ci il fevralın 1-dən iyunun 1-dək 15%-dən 0%-ə endirilib.
Azərbaycanda AI-92 markalı avtomobil benzini 2022-ci ilin aprel ayının əvvəlindən planlı təmirə dayandırılmış Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
6 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
6 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
7 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 7 saat əvvəl
-
8 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 8 saat əvvəl
-
9 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"























