"Rusiya şirkətlərinin Qarabağa böyük maraq göstərməsi ölkəmizdə məmnunluqla qarşılanır"
Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib.
Videokonfrans formatında keçirilən iclasda Hökumətlərarası Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və Sankt-Peterburq Hökumətinin Xarici Əlaqələr Komitəsinin sədri Yevgeni Qriqoryev, eləcə də hər iki tərəfdən Komissiyada təmsil olunan müvafiq qurumların nümayəndələri iştirak ediblər.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev dost və qonşu olan ölkələrimiz arasında ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb. Qeyd edilib ki, Rusiyanın regionları ilə, o cümlədən Sankt-Peterburqla işgüzar münasibətlər genişlənir. Azərbaycan-Rusiya tərəfdaşlığının inkişafında yüksək səviyyəli səfərlərin, keçirilən görüşlərin önəmini diqqətə çatdıran Elnur Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019 və 2021-ci illərdə MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən görüşlərində iştirakını, aparılan müzakirələrin ikitərfli əməkdaşlığın genişlənməsində xüsusi rolunu vurğulayıb. Bildirilib ki, Sankt-Peterburqla sənaye, ticarət, investisiya, innovasiya, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər vardır. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinə Rusiya şirkətlərinin böyük maraq göstərməsi ölkəmizdə məmnunluqla qarşılanır.
Sankt-Peterburq Hökumətinin Xarici Əlaqələr Komitəsinin sədri Yevgeni Qriqoryev Azərbaycanla əməkdaşlığın əhəmiyyətini vurğulayıb, iqtisadi əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, bir sıra sahələrdə, xüsusilə ticarət, mədəniyyət və humanitar sahələrdə əlaqələrin genişləndirilməsi imkanlarını diqqətə çatdırıb.
Tərəflər ikitərəfli əlaqələrin dərinləşdirilməsi üçün görülən işlər barədə fikir mübadiləsi aparıb, iqtisadi-ticarət, innovasiya, KOB, kənd təsərrüfatı, humanitar, səhiyyə, turizm və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
İqtisadiyyat Nazirliyində “Microsoft” şirkətilə əməkdaşlıq imkanları müzakirə olunub
-
7 saat əvvəl
"Nazirliklər və digər dövlət qurumları tətbiqlərini (aplikasiyalarını) ləğv etməlidirlər"
-
7 saat əvvəl
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - TAM VERSİYA
-
7 saat əvvəl
BP "Şəfəq" günəş enerjisi layihəsində 10 % iştirak payını satıb
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Kinobox" və "Mahnı TV"yə lisenziya verilib
Azərbaycanda illik inflyasiya sürətlənib
İqtisadiyyat Nazirliyində “Microsoft” şirkətilə əməkdaşlıq imkanları müzakirə olunub
"Nazirliklər və digər dövlət qurumları tətbiqlərini (aplikasiyalarını) ləğv etməlidirlər"
Ən çox oxunanlar
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - TAM VERSİYA
“Zira Olives” Sumqayıtda mağaza açır
"FERRUM Kapital”ın 4 milyon manat borclanacağı tarix açıqlanıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"PAŞA Real Estate" qlobal aktivlərini "One&Only" Hudson Valley, Nyu-York ilə genişləndirir
Yeni kart təqdim edildi - 15 min manatadək komissiyasız nağdlaşdırma, kart qalığına 8% gəlir
Azərbaycan iqtisadiyyatı 1,7 faiz artıb






















