"Azərişıq" şirkətinin xalis mənfəəti 4,4 dəfə artıb
Elektrik enerjisinin sakinlərə və hüquqi şəxslərə ötürülməsi və paylanması ilə məşğul olan "Azərişıq" ASC 2021-ci ili 12 milyon 666 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, ASC 2020-ci ili 2 milyon 866 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə "Azərişıq" şirkətinin xalis mənfəəti 4,4 dəfə artıb.
SATIŞDAN GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2021-ci ildə "Azərişıq" ASC-nin satışdan cəmi gəlirləri 1 milyard 325 milyon 6 min manat təşkil edib. 2020-ci ldə şirkətin satışları 1 milyard 216 milyon 65 min manat təşkil etmişdi (ötən il satışdan gəlirləri 9% artıb). Eyni zamanda, "Azərişıq" 4 milyon 226 min manat sair gəlirlər əldə edib (2020-ci ildə 69 min manat).
Gəlirlərin artması, debitor borclar üzrə dəyərsizləşmə zərərinin və mialiyyə xərclərinin azalması hesabına ötən il "Azərişıq" ASC-nin xalis mənfəətində artım baş verib.
31 Deakbr 2021-ci il tarixində "Azərişıq" ASC 2 milyard 654 milyon 168 min manat cəmi aktivlərə malik olub. Aktivlərin təxminən 81 milyon manatını ticari və debitor borclar təşkil edib.
Ötən il satışın maya dəyərinin 975 milyon 518 min manatını alınmış elektrik enerjisinin dəyəri təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)











.jpg)







