“PAŞA Bank”ın Gürcüstandakı törəməsinin əməliyyat gəlirləri artıb
"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") bu ilin I rübünü 1 milyon 361 min lari (762 min manat) zərərlə başa vurub.
Bankın maliyyə hesabatına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 2,7% çoxdur.
Yanvar-mart aylarında "PAŞA Bank Gürcüstan"ın əməliyyat gəlirləri 10,6 milyon lari (5,936 milyon manat, illik müqayisədə 15,1% çox), əməliyyat xərcləri 11,473 milyon lari (6,425 milyon manat, 7,5% çox), xüsusi ehtiyatlara ayırmaları 488 min lari (273 min manat, 1 il bundan əvvəl qənaət edib) təşkil edib.
Bu il aprelin 1-nə "PAŞA Bank Gürcüstan"ın aktivləri 470,449 milyon lari (263,451 milyon manat) olub ki, bu da 1 il əvvələ nisbətən 0,4% azdır. Bunun 307,765 milyon larisi (172,348 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0,4 böyüyüb.
Hesabat dövründə "PAŞA Bank Gürcüstan"ın öhdəlikləri 5,45% azalaraq 375,946 milyon lariyə (210,53 milyon manat) düşüb, o cümlədən depozit portfeli 7,6% azalaraq 218,206 lariyə (122,195 milyon manat) düşüb, balans kapitalı isə 26,45% artaraq 94,503 milyon lariyə (52,922 milyon manat), o cümlədən nizamnamə kapitalı 25,25% artaraq 129 milyon lariyə (72,24 milyon manat) çatıb.
1 lari = 0,56 manat
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
© “Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?



















