Bank VTB xarici valyutadakı borcunu rublla ödəyib
Bank VTB avrobondlar üzrə kupon faizini rublla ödəyib. Əvvəllər Rusiya Maliyyə Nazirliyi borcların ödənilməsi üçün oxşar sxemi tətbiq etmişdir.
Marja xəbər verir ki, dövlət bankının idarə heyətinin üzvü Dmitri Pyanov brifinqdə bildirib ki, 52 milyon dollar məbləğində avrobondlar üzrə faizlərin transferi aprelin 15-də Rusiya Bankının məzənnəsi ilə rublla baş tutub.
ABŞ və digər Qərb ölkələrinin bloklayıcı sanksiyaları o deməkdir ki, onlara tabe olan şirkətlər və şəxslər bu dövlətlərin valyutaları ilə heç bir ödəniş edə bilməzlər. Bundan əlavə, martın 5-də Rusiya prezidenti Vladimir Putin 10 milyon rubldan artıq öhdəliklərin ödənilməsinin yeni qaydasını müəyyən edən fərman imzalayıb (Dost olmayan ölkələrin kreditorlarına şamil edilir. İndi siyahıda 48 ölkə var). Belə kreditorlara Rusiya şirkətləri valyuta öhdəlikləri üzrə ödənişləri Mərkəzi Bankın rəsmi məzənnəsi ilə rublla xüsusi hesablara vəsait köçürməklə həyata keçirməlidirlər.
Aprelin 6-da Rusiya Maliyyə Nazirliyi ilk dəfə rublla suveren dollar avrobondları üzrə 649,2 milyon dollarlıq kupon köçürüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
4 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
4 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
4 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
4 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 7 saat əvvəl
-
8 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq


























