Zara və Bershka-nın sahibi Rusiyada işini bərpa edəcəyini gözləyir
Inditex Ukrayna ətrafında vəziyyətin inkişafını izləməkdə davam edirZara və Bershka brendlərinin sahibi olan İspaniyanın “Inditex” geyim şirkəti, mümkün olduqda Rusiyada fəaliyyətini bərpa edəcəyini gözləyir.
Marja xəbər verir ki, bu barədə çərşənbə günü Inditex-in baş direktoru Oskar Qarsia Maseyras bildirib.
EFE agentliyinin məlumatına görə, tekstil qrupu Ukrayna ətrafında vəziyyətin inkişafının monitorinqini davam etdirir. Eyni zamanda, şirkət “mümkün olan və şərtlər imkan verən kimi” Rusiyadakı fəaliyyətini bərpa etməyi planlaşdırır.
Rusiya Federasiyasında 500-dən çox mağazası olan “Inditex” martın əvvəlində Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı fonunda Rusiyadakı əməliyyatlarını müvəqqəti dayandırmaq qərarına gəlib.
Inditex ispaniyalı Amansio Orteqa tərəfindən təsis edilib. Şəbəkənin 100-ə yaxın ölkədə 7 mindən çox mağazası var. Ən məşhur Inditex brendləri arasında Zara, Pull&Bear, Massimo Dutti, Bershka, Stradivarius və Oysho var.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin qondarma Donbass respublikalarının rəhbərlərinin yardım xahişinə cavab olaraq xüsusi hərbi əməliyyat elan edib. Bundan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
3 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 15 d. əvvəl
- 17 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























