Azərbaycanın süd istehsalçıları niyə yerli fermerlərdən xammal almır?
Ötən il Azərbaycan xaricdən 17 min 649 ton süd və qaymaq (o cümlədən çürümüş, qıcqırdılmış, toz halında, yoqurtdan başqa) tədarük edib. Bunun 5 min 792 tonu Rusiyadan, 3 min 862 tonu Belarusdan, 722 tonu Ukraynadan gətirilib. Beləliklə, bu üç ölkənin payına ümumi süd və qaymaq idxalının 60 %-ə yaxını düşüb. Hesabat dövründə xaricdən alınan toz halında süd və qaymağın 46 %-i Ukraynanın, 25 %-i isə Belarusun payına düşüb. Ölkəyə idxal edilən yoqurtun 70 %-i Rusiyadan, 20 %-i isə Belarusdan alınıb.
Hazırda yerli fermerlərin istehsal etdiyi südə tələbatın yüksək olacağı düşünülsə də, fermerlər əksini iddia edirlər. Belə ki onlar da məhsullarının alınmamasından gileylənir.
"Azərbaycan Südçülər Assosiasiyası" İctimai Birliyinin sədri Samir Eyyubov bildirib ki, böyük süd emalçılarının yerli fermerlərə müraciət etməməsi daha çox İrandan gətirilən yarımfabrikatlarla bağlıdır: "Belə ki, yarımfabrikat halında gələn südü emal etmək təbii südü almaqdan daha sərfəli olur.
Həmin yarımfabrikatlar daxili bazarı demək olar ki, məhv edir. Doğrudur, əvvəl də bu cür istehsal var idi. Amma o zaman artıq qalan malların ixracı baş verirdi deyə, hazırkı vəziyyət yaşanmırdı. İndi isə ixrac dayandığından bütün istehsal olunan südlər daxili bazara yönəlir. Buna görə də yerli fermerlərin südünə tələbat formalaşmır. Hazırda biz ixracın səviyyəsini artırmaqla məşğuluq”.
Hazırda süd bazarında nə baş verir?
Son dövrlərdə bölgədə yaşanan geosiyasi proseslərin Azərbaycanda süd məhsullarının qiymətinə təsiri barədə "Veysəloğlu" Şirkətlər Qrupunun mövqeyi də öyrənilibb. Şirkətdən bildirilib ki, regionda son vaxtlar baş verən proseslər nəticə etibarı ilə Ukrayna və Rusiya bazarından idxal etdikləri süd məhsullarına da təsirsiz ötüşməyib:
“Ukraynadan hazırda məhsul tədarükü olmadığından, həmin bazara düşən tələb Rusiya, Polşa kimi bazarlara doğru yönəlir. Tələbin təklifi ötməsi təəssüf ki, məhsulların qiymətində də öz əksini tapır”.
Rusiyadan tədarük edilən məhsullara gəldikdə isə, "Veysəloğlu" Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distribusiya” şirkətinin süd və süd məhsulları üzrə marketinq meneceri İsa Hüseynzadə bildirib ki, münaqişə zonasına yaxın yerləşən bölgələrdə hazırda ciddi istehsal və logistika problemləri var: "Məhsul istehsalı minimum istehsal tələblərini qarşılamır və daşınma problemləri nəqliyyat vasitələrinin gec tapılmasından irəli gəlir. Bu da qiymətlərə təsir edən əsas amillərdəndir.
Digər bölgələrdən idxal olunan məhsullarda da ciddi qiymət artımı müşahidə edirik. Belə ki, əridilmiş pendir məhsullarında 20-22 %, yağ məhsullarında 15 %, qatılaşdırılmış süd məhsullarında isə 30-40 % artım müşahidə edilir. İstehsalçılar bunu əsasən xammalın qiymətində olan artım ilə əlaqələndirirlər. Ancaq onu da əlavə edək ki, bu qiymətlər sabit olmaya bilər.
Digər ölkələrə gəldikdə isə həm nəqliyyat xərclərinin çox olması, həm də daha bahalı bazar olması daha yüksək qiymətə məhsulların təklif olunmasına, dolayısı ilə yerli bazara rəqabətədavamlı qiymətlərin təklif olunmamasına gətirib çıxarır”.
"Veysəloğlu" Şirkətlər Qrupunun Korporativ kommunikasiyalar şöbəsinin müdiri Aynur Həsənzadə bildirib ki, şirkətə aid marketlərdə yerli fabrik və zavodlardan aldıqları süd və süd məhsulları satışa çıxarılır: “Bu məhsulların keyfiyyətinə nəzarəti Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və bizim daxili keyfiyyətə nəzarət komandası edir".
"Atena" şirkətinin rəsmisi Aynurə Yusifzadə isə bildirir ki, özlərinin fermaları var: “Bu səbəbdən də demək olar ki, əldən heç nə almırıq. Yalnız ehtiyac olduğu halda yerli fermerlərlə əməkdaşlıq edirik”.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 0% komissiya
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 5 saat sonra
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 8 saat əvvəl
-
8 saat əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
9 saat əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
9 saat əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
-
9 saat əvvəl
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
-
9 saat əvvəl
PAŞA Bank “Nargis” Fondunun Qurban bayramı xeyriyyə aksiyasını dəstəkləyib
-
10 saat əvvəl
Bank of Baku-dan şəhid və qazi övladları üçün “RoboKəşf” təşəbbüsü – təlim və ekskursiya
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Ən çox oxunanlar
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!
İnvestorlara milyonlarla manat borcu olan “FINCA Azerbaijan”ın bir sıra maliyyə göstəriciləri pisləşib
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ















.jpg)








