Twitter mobil qarşılıqlı əlaqə platforması OpenBack-i satın alıb
Twitter şirkəti, Dublində yerləşən mobil qarşılıqlı əlaqə platforması OpenBack-i satın aldığını açıqlayıb. Müqavilənin maliyyə şərtləri açıqlanmayıb. OpenBack komandası Twitter-in Bluebird məhsul komandasına qoşulacaq və diqqətini sosial media platformasında bildirişləri təkmilləşdirməyə yönəldəcək.Amerikanın sosial media nəhəngi Twitter mobil marketinq platforması OpenBack-i satın alıb.
Marja xəbər verir ki, 2015-ci ildə qurulan OpenBack, bildirişləri (push notification) cəlbedici etmək məqsədi daşıyan platformadır.
Twitter, bu satınalma ilə istifadəçilərin işini asnalaşdırmaq üçün yollar axtarmağa davam etdiyini ortaya qoyur. Twitter insanları lazımi anda müvafiq məzmunla əlaqələndirə bilməsi üçün bildiriş təcrübəsini təkmilləşdirəcək.
Satınalma ilə bağlı maliyyə məlumatları açıqlanmasa da, Twitter-in İstehlak Məhsulları üzrə Vitse-Prezidenti Cey Sullivan tvitində deyib: “OpenBack-in və onun istedadlı komandasının Twitter-ə cəlb edilməsi bizə lazımi bildirişləri çatdırmaq qabiliyyətimizi təkmilləşdirməyə kömək edəcək".
OpenBack-in CEO-su David Shackleton Twitter-də verdiyi açıqlamada, OpenBack-in məqsədinin yeni bir şəkildə milyardlarla insan üçün həqiqətən birinci istifadəçi "push" bildirişləri təmin etmək olduğunu və Twitter ilə işləmək fürsətinin bu məqsədi yerinə yetirdiyini söyləyib.
Twitter öz platformasını inkişaf etdirmək üçün son bir neçə il ərzində bir sıra satınalmalar həyata keçirib. Dekabr ayında Twitter, rəqibi Slack ilə rəqabət aparmaq və insanların diqqətini cəmləşdirmək üçün nəzərdə tutulmuş biznes yönümlü mesajlaşma xidməti platforması olan Quill-i satın alıb.
Şirkət bundan əvvəl qrup söhbəti, mesajlaşma tətbiqi platforması Sphere, xəbər bülleteni platforması Revue və Breaker-ı əldə etmişdi.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
45 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























