Brent neftinin qiyməti 100 dollardan da aşağı düşdü
Neft, strateji ehtiyatların satışına dair planlar və dünyanın ən böyük idxalçısı Çində davam edən epidemiyanın təsiri ilə ucuzlaşmaqda davam edir.
Marja xəbər verir ki, Brent markalı neftin qiyməti 100 dollardan da aşağı düşərək 98,51 dollaradək geriləyib.
ABŞ xam neftinin qiyməti isə 93,85 dolları görüb.
Beynəlxalq Enerji Agentliyi (IEA), qlobal neft bazarlarında Rusiya-Ukrayna müharibəsi səbəbindən tədarük çatışmazlığını aradan qaldırmaq üçün fövqəladə ehtiyatlardan daha 120 milyon barel neft satılacağını elan etməsindən sonra qiymətlər aşağı düşür.
UEA prezidenti Fatih Birol bazara çıxarılacaq 120 milyon barelin 60 milyon barrelinin ABŞ-ın strateji neft ehtiyatlarından satılacağını qeyd edib.
Birol, digər üzv ölkələrin nə qədər töhfə verəcəyi ilə bağlı detalların ən qısa zamanda ictimaiyyətə açıqlanacağını bildirib.
Ciddi epidemiya tədbirlərinin həyata keçirildiyi Çinin Şanxay şəhərində yoluxma halları rekord qırmaqda davam edir. Aprelin 7-də heç bir simptom göstərməyənlər də daxil olmaqla, şəhərdə 20 minə yaxın yoluxma faktı müəyyən edilib. Beləliklə, yeni rekord qırılıb.
Çinin və Asiyanın ən böyük şəhərində yaşayan 26 milyondan çox insan karantin şəraitində gündəlik həyatlarını davam etdirməyə çalışır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
5 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
5 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 8 saat əvvəl
-
9 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq























