“Bakı Sığorta”nın yığımları 2,3 dəfə artıb
“Bakı Sığorta” ASC 2021-ci ili 1 milyon 712 min manat xalis zərər ilə başa vurub. Xatırladaq ki, “Bakı Sığorta” şirkəti 2020-ci ili 155 min 211 manat xalis mənfəət ilə bağlamışdı. Ötən il yaranmış zərərin əsas səbəbləri “Bakı Sığorta”nın sığorta ödənişlərinin 3,5 dəfə və sığorta ehtiyatlarına ayırmanın 3 dəfə artmasıdır.
ƏMƏLİYYAT GƏLİRLƏRİ ARTIB
Marja.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “Bakı Sığorta”nın cəmi əməliyyat gəlirləri 3 milyon 890 min manat, cəmi əməliyyat xərcləri 5 milyon 601 min manat təşkil edib. Müqayisə üşün qeyd edək ki, 2020-ci ildə Şirkətin cəmi əməliyyat gəlirləri 2 milyon 627 min manat, cəmi əməliyyat xərcləri 2 milyon 433 min manat təşkil etmişdi.
Eyni zamanda, Şirkət ötən il sığorta ehtiyatının yaradılmasına gəlirlərindən 1 milyon 981 min manat ayırıb (2020-ci ildə 653 min manat ayırmışdı)
YIĞIMLARI 2,3 DƏFƏ ARTIB
2020-ci ildə "Bakı Sığorta"nın hesabladığı sığorta haqları 2 milyon 73 min min manat ikən, 2021-ci ildə 4 milyon 741 min manata yüksəlib.
"Bakı Sığorta"nın sığorta ödənişləri isə 2020-ci ildə 370 min manat ikən, 2021-ci ildə 1 milyon 295 min manat təşkil edib.
Qeyd edək ki, “Bakı Sığorta” ASC-nin səhmdarları “Bank Respublika” ASC, “Diamond Motors” MMC, “Ekolizinq” MMC, “Toyota Abşeron Center” MMC, “Yeni Motor” MMC, və 2 fiziki şəxsdir. Şirkətin nizamnamə kapitalının həcmi 8 milyon 925 min 444 manat təşkil edir. Şirkət 27 növ üzrə sığorta xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 5 saat əvvəl
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
10 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir






.jpg)





.jpg)





