Ukrayna, Rusiya ilə sülh müqaviləsinin əsas şərtini açıqlayıb
Ukraynanın BMT-dəki daimi nümayəndəsi bildirib ki, Kiyev üçün təhlükəsizlik zəmanətləri haqqında saziş yalnız Rusiya qoşunları çıxarıldıqdan sonra imzalana bilər. Eyni zamanda o, İstanbuldakı danışıqları müsbət qiymətləndirib.Ukraynanın təhlükəsizliyinə təminat haqqında sazişin və Moskva ilə Kiyev arasında sülh müqaviləsinin imzalanması yalnız Rusiya qoşunlarının 23 fevral 2022-ci il tarixindən mövqelərə qayıtmasından sonra mümkündür.
Marja xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclasında Ukraynanın təşkilatdakı daimi nümayəndəsi Serhiy Kislitsa deyib.
“Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında sazişin imzalanması yalnız bütün Rusiya silahlı birləşmələrinin 23 fevral 2022-ci il tarixində yerləşdikləri yerlərə qaytarılmasından sonra mümkün olacaq”, - Kislitsa bildirib.
Diplomat izah edib ki, söhbət atəşkəs rejiminin tətbiqindən, qoşunların və digər silahlı birləşmələrin çıxarılmasından, humanitar dəhlizlərin təhlükəsiz fəaliyyətindən, həmçinin ölülərin mübadiləsindən, hərbi əsirlərin və mülki şəxslərin azad edilməsindən gedir.
Diplomatın sözlərinə görə, İstanbuldakı danışıqlar Rusiyanın gələcək danışıqlara hazır olduğunu nümayiş etdirir, lakin “davamlı atəşkəs və hərtərəfli deeskalasiyaya doğru hələ çox uzun yol var”.
Martın 29-da İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin görüşü baş tutub. Danışıqlar nəticəsində Ukrayna tərəfi sülh sazişi ilə bağlı yazılı təkliflərini Rusiyaya təhvil verib. Xüsusilə, Kiyev təhlükəsizlik zəmanəti müqabilində Ukraynaya neytral status təklif edib, həmçinin Krımın statusu ilə bağlı 15 illik danışıqlar təklif edib.Kiyev Donetsk və Luqansk vilayətlərinin probleminin həllini Vladimir Putinlə Ukrayna prezidenti Vladimir Zelenskinin şəxsi görüşünə qədər təxirə salmağı təklif edir.
Öz növbəsində Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, Moskva Ukraynanın Avropa İttifaqına daxil olmasının əleyhinə deyil.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 8 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















