Neft Fondu 2%-dən az gəlirliliklə işləyir
ARDNF-nin ümumi investisiya portfelinin gəlirliliyi 1,92% təşkil etmişdir.
“Marja” xəbər verirki, bu barədə Fondunun “PWC-Azerbaijan” MMC tərəfindən hazırlanmış audit hesabatında bildirilir.
Qeyd edək ki, 2007-ci ildə Fondun investisiya portfelinin gəlirliliyi 4,49% təşkil etmişdi. Son 10 ildə gəlirlilik 2,19%, Son 5 ildə 1.72%, Son 3 ildə 1.56% təşkil edib.
2016-cı ilin sonuna olan məlumata görə, Neft Fondunun 33,1 milyard Dollar vəsaiti idarə olunur. 2014-cü ildə bu rəqəm 37,1 milyard dollar, 2015-də isə 33,6 milyard dollar idi.
Hesabatda qeyd edilir ki, 2016-cı ildə sabit gəlirli qiymətli kağızlar portfeli üzrə illik gəlirlilik 1,58%, səhm portfeli (özəl səhmlər daxil olmaqla) üzrə 3,65%, daşınmaz əmlak portfeli üzrə isə 2,75% təşkil etmişdir. İnvestisiya portfelinin toplam gəlirliliyinə (1,92%) sabit gəlirli qiymətli kağızlar portfelinin töhfəsi 1,27%, səhm (özəl səhmlər daxil olmaqla) və daşınmaz əmlak portfellərinin töhfəsi isə müvafiq olaraq 0,51% və 0,14% təşkil etmişdir.
“ARDNF-nin qarşısında duran prioritet məsələlərdən biri məhz ölkədə vəsaitlərin idarə edilməsi sahəsində qabaqcıl beynəlxalq standartların tətbiqi və təşviqinin həyata keçirilməsidir. ARDNF üçün bu istiqamətdə lazımi bilik və təcrübənin əldə olunması ilə tədricən bütün vəsaitlərin daxildən idarəetməyə keçirilməsinin təşkili xüsusi əhəmiyyətə malikdir”.
İnvestisiya portfelinin 91,5%-i daxildən idarə olunur.
2016-cı ilin dekabr ayının nəticələrinə əsasən investisiya portfelinin 8,5%-i xarici menecerlər tərəfindən idarə edilir.
ARDNF-nin vəsaitlərin idarə olunmasında xarici menecerlərin xidmətlərindən istifadə edilməsi onların müvafiq sahələrdəki bilik və bacarıqlarından faydalanmaq, eləcə də qabaqcıl dünya təcrübəsinin daxili idarəetmədə olan portfelə tətbiqi nöqteyi-nəzərindən ciddi əhəmiyyət kəsb edir. ARDNF-nin vəsaitlərinin bir hissəsi aşağıda qeyd edilən xarici menecerlər tərəfindən idarə olunur: Sabit gəlirli qiymətli kağızlar üzrə:
- Dünya Bankı – ARDNFnin aktivlərinin 226 milyon ABŞ dollarını (ARDNF-nin aktivlərinin 0,7%-ni) idarə edir.
- “Deutsche Bank Advisors” – ARDNF-nin aktivlərinin 102 milyon ABŞ dollarını (ARDNFnin aktivlərinin 0,3%-ni) idarə edir.
Səhmlər üzrə:
- “UBS Asset Management” – ARDNF-nin aktivlərinin 1 274 milyon ABŞ dollarını (ARDNFnin aktivlərinin 3,9%-ni) idarə edir.
- “State Street Global Advisors” (SSgA) – ARDNFnin aktivlərinin 1 215 milyon ABŞ dollarını (ARDNF-nin aktivlərinin 3,7%-ni) idarə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)








.jpg)






