ABŞ: Müharibə uzanarsa, Putin nüvə silahına əl ata biləcəyini bəyan edə bilər
ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin qiymətləndirməsinə görə, Rusiya ilə Ukrayna arasında müharibənin uzanacağı təqdirdə Rusiya prezidenti Vladimir Putinin nüvə təhdidlərinə əl atacağı ehtimalı yüksəkdir.ABŞ, Ukraynaya qarşı işğal əməliyyatı təşkil edən Rusiyanın nüvə silahından istifadə edə biləcəyi tezisini gündəmə gətirib.
Marja xəbər verir ki, Bloomberg-in hesabatına görə, Pentaqonun Müdafiə Kəşfiyyat İdarəsinin yeni qiymətləndirməsində Ukraynanın müdafiə müqavimətinin davam edəcəyi, Rusiyanın qoşun və texnika baxımından çətinliklər ilə üzləşəcəyi təqdirdə Rusiya prezidenti Vladimir Putinin Qərbə qarşı nüvə təhdidlərindən istifadə edə biləcəyi ilə bağlı təhlillər yer alıb.
67 səhifəlik qiymətləndirmədə fikirləri yer alan Müdafiə Kəşfiyyat Agentliyinin direktoru Scott Berrier, Ukraynanın müəyyən bölgələrində uzanan işğalın Rusiyanın hərbi gücünü və modern hərbi texnikalarını azaltdığına, bununla bərabər iqtisadi sanksiyaların Rusiyanı uzun müddət davam edəcək iqtisadi böhrana və diplomatik təcrid vəziyyətinə sürükləyə biləcəyinə diqqət çəkib.
Berrier müharibənin və onun nəticələrinin getdikcə Rusiyanı zəiflədəcəyini, Rusiyanın Qərbə mesaj vermək, gücünü yerli və xarici ictimai rəyə göstərmək üçün nüvə silahına əl ata biləcəyini bəyan edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 5 d. əvvəl
- 19 d. əvvəl
-
35 d. əvvəl
Azərbaycanın Rusiya və Türkiyə ilə idxal - ixracının həcmi azalıb
- 58 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
-
1 saat əvvəl
Samsung-un 47 min əməkdaşından tətil qərarı - Şirkətin səhmləri 3 faiz ucuzlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Böyük planlarınız üçün böyük kredit Expressbankda
Azərbaycanın Rusiya və Türkiyə ilə idxal - ixracının həcmi azalıb
Azərbaycandan Ermənistana ixracın həcmi 10 milyon dollara yaxınlaşıb
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
Ən çox oxunanlar
"Alibaba Group" daha güclü "Zhenwu" süni intellekt çipini və yeni böyük dil modelini təqdim edib
"Milla Dairy" və Danone strateji əməkdaşlığı genişləndirir
FOMİNOV CONSULTİNG və Sigma Software Group Azərbaycan üzrə tərəfdaşlığını bəyan edir
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu











.jpg)









