Bakıda Şərab Sammiti keçirilib
15 mart 2022-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Plovdiv Ticarət və Sənaye Palatası (PCCI) ilə birgə əməkdaşlıq çərçivəsində “Üzümdən ticarətə: Azərbaycan və Bolqar şərab ixracatçıları arasında sinerjinin qurulması” layihəsinin tərkib hissəsi olan 1-ci Avropa İttifaqı-Azərbaycan Şərab Sammitinə ev sahibliyi edib.
Təşkilatçının yaydığı məlumatda bildirilir ki, tədbir Avropa İttifaqı və Azərbaycandan olan140a yaxın maraqlı tərəfi və biznes nümayəndələrini bir araya gətirib.
Tədbir AHK Azərbaycanın icraçı direktoru cənab Tobias Baumann, PCCI-nin prezidenti cənab Angel Hronev və Bolqarıstanın Azərbaycandakı səfiri cənab Nikolay Yankovun salamlama nitqləri iləbaşlayıb. Bolqarıstan və Azərbaycanın şərab ixracatçıları arasında sinerji yaratmaq və yeni işgüzar əlaqələrin qurulmasında bu layihənin əhəmiyyəti müzakirə olunub.
Açılış mərasimindən sonra Azərbaycan və Bolqarıstanın 15 şərab şirkəti öz məhsullarını azərbaycanlı və avropalı həmkarlarına və qurumlara nümayiş etdiriblər. Onların, həmçinin Azərbaycan və Avropa şirkətlərinin əməkdaşlıq edə biləcəyi biznes imkanları haqqında birbaşa konkret və praktiki məlumat əldə etmə imkanlari olub.
Daha sonra Azərbaycan Turizm Bürosunun Məhsulların İnkişafı şöbəsinin müdiri xanım Şərifə Həsənova qonaqlara “Şərabçılıq tarixinin dirçəlişi və şərab turizmində innovasiyalar” mövzusunda məlumat verib.
Şərab dequstasiyasından sonra qonaqlar AHK Azərbaycan və Azərbaycan Turizm Bürosunun birgə təşkilatçılığı ilə keçirilən “Şərab İnnovasiya Müsabiqəsi”ndə iştirak ediblər. Qaliblərə kupon və hədiyyələr təqdim olunub. Tədbir canlı musiqinin müşayiəti ilə şəbəkədaxili danışıqlar ilə davam edib.
Bundan əlavə, layihə çərçivəsində 09-12 mart 2022-ci il tarixlərində 9 azərbaycanlı şərab ixracatçısı Bolqarıstanın üzümçülük bölgələrinə 4 günlük işgüzar səfər edib və Plovdivdə keçirilən VINARIA 2022 şərab sərgisində fəal iştirak edib. Proqrama 1-ci Aİ-Azərbaycan Şərab Sammiti ilə yanaşı, masterklas və Bolqarıstan şirkətlərinin Azərbaycan Şərab Marşrutu boyunca tədqiqat səfəri də daxildir.
“Üzümdən ticarətə: Azərbaycan və Bolqar şərab ixracatçıları arasında sinerjinin qurulması” layihəsi EUROCHAMBRES tərəfindən idarə olunan Avropa İttifaqının EU4Business: Connecting Companies (EU4BCC) təşəbbüsü tərəfindən maliyyələşdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
6 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
7 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























